Kiyevdə Rusiya təxribatçıları zərərsizləşdirilib

Ukrayna daxili işlər nazirinin müşaviri Rusiya diversiya qrupunun tutulduğunu açıqlayıb, bu barədə BBC xəbər verir.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Ukrayna hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin geyimində və ələ keçirilmiş Ukraynaya məxsus hərbi maşınlarda hərəkət edən Rusiya diversantlarını zərərsizləşdirib.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus bir neçə avtomobilin ələ keçirildiyini bildirmişdi. Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, diversantlar Kiyevə soxulmağa cəhd edib, lakin öldürülüblər.
Ukrayna mediası qruplaşmanın ələ keçirilməsini əks etdirən görüntüləri də nümayiş etdirib.
www.anews.az

Rusiya Müdafiə Nazirliyi nə manevr, nə də rus diversantlarının ələ keçirilməsini faktını təsdiqləməyib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər