• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün Belarusa gəlib - Kreml

Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün Belarusa gəlib - Kreml
27.02.2022 11:46
Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün Belarusa gəlib, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O bildirib ki, Rusiya danışıqlara hazırdır, indi Moskva ukraynalıları gözləyir.

Peskovun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə Rusiya Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxil olub.

Belarus Xarici İşlər Nazirliyindən  RİA Novosti ilə söhbətində bildirib ki, Minsk danışıqlar üçün lazım olan hər şeyi hazırlayıb, "protokol məsələlərini” təmin etməklə məşğuldur.

Moskva və Minskin bəyanatlarından Kiyevin də danışıqlara razı olub-olmadığı bilinmir.  Vladimir Zelenskinin ofisi  və Ukrayna Xarici İşlər Nazirliyi hələlik məsələyə münasibət bildirməyib.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol