• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski: Ukrayna Rusiya ilə danışıqlara hazırdır, amma Belarusda yox

Zelenski: Ukrayna Rusiya ilə danışıqlara hazırdır, amma Belarusda yox
27.02.2022 12:03
Kiyev Moskva ilə  Belarus ərazisində danışıqlar aparmağa hazır deyil, bunu Ukrayna prezidenti Vladimir Zelenski Belarus xalqına müraciətində bildirib.


Bundan əvvəl Kreml Rusiya nümayəndə heyətinin Belarusa gəldiyini və Qomeldə danışıqlara hazır olduğunu bildirmişdi. Zelenskinin bu müraciətinin Moskvanın bu açıqlamasından əvvəl və ya sonra  qeydə alınıb-alınmadığı bəlli deyil.


"İndi Rusiya ilə Ukrayna arasında bu müharibəyə son qoya və hamımıza sülhü bərpa edə biləcək danışıqlardan çox danışılır. Onlar tez-tez bu danışıqlar üçün platforma kimi sizin paytaxtınızı Minski xatırladırlar. Bu platformanı biz seçməmişik", - deyə Zelenski bildirib.


"Ukrayna ərazisi Belarusdan qanadlı raketlər, təyyarələr, vertolyotlar və  başqa hərbi texnika ilə təcavüzə məruz qalıb. Onlar bizim evlərimizi, həyatımızı bombalayırdılar”, Ukrayna prezidenti deyib. 


Zelenski izah edib ki, əgər Belarus ərazisindən "təcavüzkar hərəkətlər" olmasa isdi Kiyev Minskdə Moskva ilə danışmağa hazır olardı. "Siz bitərəf olanda biz Minskdə danışmışıq. Dəfələrlə görüşmüşük. İndi isə görüş yeri başqa şəhərlər ola bilər. Təbii ki, biz sülh istəyirik. Görüşmək istəyirik, müharibənin bitməsini istəyirik. Varşava, Bratislava, Budapeşt, İstanbul, Bakı - kimi şəhərləri Rusiya tərəfinə təklif etmişik. İstənilən başqa şəhər, ərazisindən üstümüzə heç bir raket uçmayan ölkə bizə uyğundur. Yalnız bu yolla danışıqlar düzgün aparıla və müharibə bitə bilər”, - deyə Zelenski vurğulayıb .


Ukrayna prezidentinin müraciəti Belarus Konstitusiyasına  əlavə və dəyişikliklərlə bağlı referendumun keçirildiyi günə təsadüf edib. 
 
Gülnar

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol