• $
  • €
  • ₽
  • ₺
  • £

Rus ordusu barədə feyk xəbərə görə cinayət işi veriləcək

Rus ordusu barədə feyk xəbərə görə cinayət işi veriləcək
04.03.2022 11:42
Rusiya Dövlət Duması Rusiya ordusu ilə bağlı feyk xəbər yaymaya görə cinayət məsuliyyətinin tətbiq ediləcəyi  barədə qanunu yekdillillə  qəbul etdi. 

Bu qanuna əsasən Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində həyata keçirdiyi əməliyyatlar barədə əsassız məlumatlar yayan şəxslər 3 il müddətinə azadlıqdan məhrum ediləcək. 

Əgər belə xəbərlər təşkil olunmuş qrup tərəfindən yayılacaqsa və bu xəbərlərdə saxta sübutlar gətiriləcəksə azadlıqdan məhrumetmə cəzası 10 ilə qədər artırıla bilər. 

"Əsassız xəbərin yayımlanması ağır nəticələrə səbəb olduqda isə günahkara qarşı  15 illik həbs cəzası tətbiq oluna bilər", - qanunda deyilir.  

N.Təbrizli 
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol