• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə qız qaçırma ilə bağlı cinayət işi açılıb - RƏSMİ

Gəncədə qız qaçırma ilə bağlı cinayət işi açılıb - RƏSMİ
11.03.2022 18:04
Gəncə sakini R.H.-in (şərti ad, - red) martın 4-də küçədən qaçırılması ilə əlaqədar Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin seksual xarakterli hərəkətlərə məcbur etməni nəzərdə tutan 151-ci maddısi ilə cinayət işi açılıb. Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı  Eşqim Qasımov məlumat verib. 

Eşqim Qasımovun sözlərinə görə, R.H. ifadə verərək dörd nəfər tərəfindən maşına basılaraq qaçırıldığını, qaçırıldıqdan sonra isə ona evlənmək təklifi verən şəxs tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. 

"R.H. öz ailəsinin yanın qayıtmaq istəmədiyini bildirdiyi üçün  polis əməkdaşları onu qadınlar üçün müvəqqəti sığınacağa yerləşdirəcək", - Qasımov deyib. 

O, həmçinin söyləyib ki, qızın ifadəsi alındıqdan sonra ona təcavüz edən şəxs saxlanacaq və məhkəməyə veriləcək. 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi Seksual xarakterli hərəkətlərə məcbur etmə, əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etməyə görə məsuliyyətə cəlb etməyi nəzərdə tutur. Həmin maddəyə görə təqsirli bilinənləri  bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bəs qızın qaçırılmağında iştirak edən şəxslər barədə nə kimi tədbirlər görülüb sualına cavabında isə Eşqim Qasımov bildirdi ki, onların şəxsiyyəti istintaq tərəfindən müəyyən ediləcək və həmin şəxslər barədə də qanun çərçivəsində tədbir görüləcək. 

N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol