• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski Almaniyanı qınadı

Zelenski Almaniyanı qınadı
17.03.2022 17:41

"Hörmətli cənab Şolz, bu divarı yıxın!”. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Almaniya parlamentinə videomüraciətini bu  sözlərlə başlayıb. 

Zelenski ardıcıl ikigündür Qərbə Rusiyanın Ukraynaya təcavüzünün dəf edilməsinin tarixi əhəmiyyətini xeyirlə şər arasında mübarizənin müasir tarixi kontekstində izah edir.

Bir gün əvvəl, Vaşinqtonda etdiyi videomüraciətdə Zelenski Pearl Harbor və 11 sentyabr hadisələrini xatırlamışdı.

Bundestaq deputatları qarşısında etdiyi çıxışında o, 1987-ci ilin iyununda Ronald Reyqandan bir sitat gətirib. Sitat Reyqanın SSRİ Kommunist Partiyasının  Baş katibi Mixail Qorbaçova Berlin divarını sökmək çağırışı ilə bağlı müraciətindən  olub. 

"Həyatımız, azadlığımız uğrunda apardığımız üç həftəlik müharibədə indiyədək bildiklərimizdə əmin olduq. Bunu  yəqin ki, hər biriniz görmürsüz. Sanki hələ də divarın arxasındasız. Bəli, bu  Berlin divarı. Amma bu divar da Avropanın mərkəzindədir. Azadlıq və əsarət arasında olan divardır.Torpaqlarımıza, Ukraynaya düşən hər bir bomba bu divarı daha da möhkəmlədir. Sizin qəbul etmədiyiniz hər qərar bu divarı bərkidir. Amma siz kömək edə bilərsiz".

Zelenski Almaniyanı Rusiya ilə əlbir olmaqda və iqtisadi maraqları ön plana çəkməkdə qınamaqdan çəkinməyib. 

"Şirkətlərinizin Rusiya ilə əlaqələrini görəndən sonra siz müraciət edərək demək istəyirəm ki,  sizinlə və bəzi başqa ölkələrlə əməkdaşlıqdan aldıqları vəsaitlə  Rusiya  müharibəni maliyyələşdirir.  (...) Ukrayna həmişə bildirib ki, Şimal axını özün bir silahdər,  böyük müharibəyə hazırlıqdır. Amma cavabında bizə deyirdilər ki, bu, iqtisadiyyatdır, iqtisadiyyatdır, iqtisadiyyatdır. Amma bu həmin o divarı tikmək üçün bir sement idi”, - Zelenski deyib. 

Zelenskinin çıxışı parlamentin deputatları tərəfindən sürəkli alqışlarla qarşılanıb.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol