• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni sədr “Azərsığorta”nın 9 filialını ləğv edib

Yeni sədr “Azərsığorta”nın 9 filialını ləğv edib
01.04.2022 10:39
Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta”) 9 rayon filialı ləğv edilib.

Bununla bağlı şirkətin İdarə Heyətinin martın 16-da keçirdiyi iclasda qərar verilib.
 
Bu gün İdarə Heyətinin sədri Fərhad Adıgözəlov əmr imzalayaraq şirkətin Daşkəsən, Mingəçevir, Cəbrayıl, Qubadlı, Tərtər, Ağsu, Yardımlı, İmişli və Quba rayon filiallarını 01 aprel 2022-ci il tarixindən ləğv edib.
 
Fərhad Adıgözəlov ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol