• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna ordusu: Rusiya 19,3 min hərbçi, 2 000-ə yaxın zirehli texnika itirib

Ukrayna ordusu: Rusiya 19,3 min hərbçi, 2 000-ə yaxın zirehli texnika itirib
10.04.2022 18:30
Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bu günə kimi Rusiya tərəfi 19 300 nəfərə yaxın hərbçisini itirib. Həmçinin məhv edilən zirehli texnikanın sayı 2 000-ə yaxınlaşır.

Bu barədə  Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiya müharibə ərzində 722 tank, 1 911 zirehli döyüş maşını, 342 artilleriya sistemi, 55 hava hücumundan müdafiə sistemi, 152 təyyarə, 137 helikopter, 1 384 avtomobil və s. hərbi texnika, sursat itirib.

"Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - məlumatda deyilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol