• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin Çameli ilçəsi ilə Biləsuvar rayonu qardaşlaşır

Türkiyənin Çameli ilçəsi ilə Biləsuvar rayonu qardaşlaşır
09.05.2022 15:00
Azərbaycanın Biləsuvar rayonu ilə Türkiyənin Dənizli şəhərinin Çameli ilçəsi arasında qardaşlıq memorandumu imzalanacaq. Bununla bağlı Biləsuvar rayonunda mərasim keçiriləcək.

Həmçinin Çamelidə yerləşən Atatürk məktəbi ilə Biləsuvar rayonu Əliabad kənd tam orta məktəbi arasında "qardaşlaşmış məktəblər” haqqında sənəd imzalanacaq.

Sənədlərin imzalanması ilə əlaqədar Türkiyə nümayəndə heyətinin mayın 10-da Biləsuvar rayonuna rəsmi-işgüzar səfər edəcəyi gözlənilir.

Eyni zamanda səfər çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi, ev muzeyi və abidəsi ziyarət olunacaq və Əliabad kənd məktəbində rəsmi görüş çərçivəsində "QARDAŞLAŞMA” Protokolu imzalanacaq.

Səfər çərçivəsində həmçinin Heydər Əliyev adına Mərkəzi Parkda simvolik "Dostluq ağacı”nın əkiləcəyi nəzərdə tutulub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol