• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Finlandiyaya elektrik enerjisini kəsir

Rusiya Finlandiyaya elektrik enerjisini kəsir
13.05.2022 21:34
Rusiyadan Finlandiyaya elektrik enerjisinin ixracı mayın 14-dən dayandırılacaq.

Rusiyanın İnter RAO enerji şirkətinə məxsus RAO Nordic Oy-un məlumatına görə, mayın 6-dan Nord Pool enerji birjasında satılan elektrik enerjisi üçün ödəniş edilmədiyi üçün tədarüklər dayandırılıb.

Bu bəyanat Finlandiya hakimiyyətinin NATO-ya üzv olmaq niyyətini elan etməsindən bir gün sonra verilib.

Finlandiya ehtiyac duyduğu elektrik enerjisinin yalnız 10%-ni Rusiyadan alır.

Şəbəkə operatoru Fingrid Rusiyadan elektrik enerjisinin ödənilməməsi ilə bağlı iddiaları şərh etmir, lakin ölkənin İsveçdən gələn tədarüklər və Finlandiyanın özündə istehsalın artırılması hesabına çatışmazlığı kompensasiya edəcəyini bildirir.(BBC)

Gülnar

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol