• $
  • €
  • ₽
  • ₺
  • £

Son bir gündə DİN tərəfindən 77 cinayət işinin üstü açılıb

Son bir gündə DİN  tərəfindən 77 cinayət işinin üstü açılıb
22.09.2022 09:27
Sentyabrın  21-də Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları tərəfindən qeydə alınan 77 cinayət işinin üstü açılıb. Bu barədə  DİN mətbuat xidməti məlumat verib.
 
"Sentyabrın  21-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub", DİN məlumatında bildirilir.
 
Məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
-
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.
 
N.Təbrizli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol