Bakıda 250 min manatlıq qaz borusu oğurlanıb

Bakının Türkan qəsəbəsi ərazisində yerləşən və istismarda olmayan istixanadan 250 min manat dəyərində 2 min metrlik qaz borusu kəsilərək oğurlanıb. Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bununla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 9 nəfər saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















