• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərov bu şəxsin rütbəsini artırıb

Kəmaləddin Heydərov bu şəxsin rütbəsini artırıb
04.10.2022 14:01
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  oktyabrın 4-də Ağdam  ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərovla görüşüb. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə Süleyman Heydərova vaxtından əvvəl "mayor” hərbi rütbəsi verilib. Bu barədə FHN-dən bildirilib.

Məlumatda bildirilir ki, görüşdə Süleyman Heydərovun valideynləri də iştirak edib.

Görüş zamanı Heydərovun sağlamlıq vəziyyəti ilə maraqlanan nazir onun vətənpərvər, xalqına və dövlətinə bağlı, cəsarətli insan kimi formalaşmasına görə valideynlərinə təşəkkür edib. Süleyman Heydərovun sağlamlığının bərpa olunması üçün bundan sonra da bütün lazımi tədbirlərin davam etdiriləcəyini bildirən nazir Heydərov bu məsələnin onun daim diqqətində olduğunu vurğulayıb.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə Süleyman Heydərova vaxtından əvvəl "mayor” hərbi rütbəsi verilib və "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Görüşdə rütbə və medal S.Heydərova təqdim edilib.
Süleyman Heydərov ona göstərilən diqqətə görə təşəkkür edərək, Vətənə bundan sonra da şərəflə xidmət edəcəyini bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol