• $
  • €
  • ₽
  • ₺
  • £

Bu enerji şirkətləri Rusiya qazının tədarükü üçün 5 milyon dollardan çox pul ödəyiblər

Bu enerji şirkətləri Rusiya qazının tədarükü üçün 5 milyon dollardan çox pul ödəyiblər
04.10.2022 15:08
Tanınmamış Dnestryanı energetika işçiləri 5 ayda Rusiyadan qaz tədarükü üçün 5 milyondan çox pul ödəyiblər. Bu barədə "Moldovaqaz” Rusiya-Moldova qazpaylayıcı şirkətinin rəhbəri Vadim Çeban özünün Telegram kanalında yazıb.

"2021-2022-ci illərin beş ayı ərzində təbii qazın əlavə rezervasiyası və nəqli üçün Tiraspoltransgaz müəssisəsi tərəfindən 5 milyon dollardan çox vəsait ödənilib", - Çeban deyib.

Onun sözlərinə görə, əvvəlcə bu vəsaitlər "Moldovaqaz”ın hesabına, sonra isə "Qazprom”a köçürülüb.

Oktyabrın 3-də Moldovanın baş nazirinin müavini və infrastruktur naziri Andrey Spinu TVR kanalının efirində bildirib ki, Rusiyanın enerji holdinqi "Qazprom” Moldovaya qaz tədarükü ilə bağlı müqavilənin şərtlərini pozaraq respublikaya gündəlik ixracın həcmini azaldır. 


Bundan əvvəl Moldova hökuməti qarşıdan gələn istilik mövsümündə qaz tədarükünün mümkün azalması ilə əlaqədar fövqəladə hallar zamanı qaz ehtiyatı yaratmaq qərarına gəlib. Sənədə əsasən, "Enerqocom” Səhmdar Cəmiyyəti ölkədə təbii qaz ehtiyatlarının yaradılması və saxlanmasını həyata keçirən qurum kimi müəyyən ediləcək.
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol