• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNDİ

Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNDİ
08.10.2022 22:52
Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik  müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.
 
Daxili İşlər Nazirliyindən bildirilib ki, 1 nəfər yaralanıb, ölən yoxdur.

*****

Bakının Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol