• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Kiyevə İran dronları ilə hücum edib

Rusiya Kiyevə İran dronları ilə hücum edib
13.10.2022 20:30
Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev şəhərinə İran istehsalı olan dron-kamikadzelərlə hücum edib.

Bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Dronlardan birinin vilayət ərazisinə düşməsi qeydə alınıb, lakin onun dəqiq yeri, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Xilasedicilər hadisə yerində çalışır.

Dünən də Rusiyaya məxsus iki dron-kamikadze Vinnitsa vilayətinə hücum təşkil edib.

Rusiya ordusu 2 "Şahid-136” dronu vasitəsilə Vinnitsadakı Ladıjinsk İstilik Elektrik Stansiyasını vurub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol