• $
  • €
  • ₽
  • ₺
  • £

İran bu gün Zəngəzurda baş konsulluğu rəsmən açır

İran bu gün Zəngəzurda baş konsulluğu rəsmən açır
21.10.2022 10:12
Bu gün Zəngəzur vilayətinin Qafan şəhərində İranın Baş Konsulluğunun açılış mərasimi keçiriləcək. 
 
 İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian bu məqsədlə dünəndən Ermənistanda rəsmi səfərdədir. O, konsulluğun açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə iştirak edəcək.

Konsulluq binasında abadlıq işləri hələ başa çatmayıb, lakin ehtimal ki, İran tərəfinin təşəbbüsü ilə onun təntənəli mərasimlə açılması barədə qərar qəbul edilib.

İran hökuməti hələ 2021-ci ilin dekabrında Zəngəzurda baş konsulluğun açılması barədə qərar qəbul etmiş və bundan sonra Abedin Varamini İranın Qafana baş konsulu təyin etmişdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol