Britaniyanın yeni baş naziri bilindi

Mühafizəkarlar partiyasının təmsilçisi Hindistan əsilli Rişi Sunak Böyük Britaniyanın yeni ba naziri oldu.
İlin ilk Mühafizəkarlar Partiyasının liderlik yarışını uduzduqdan yeddi həftə sonra Rishi Sunak ikincisini qazana bilib. Mübarizədə qalan yeganə rəqibi yarışdan çıxdığını elan etdikdən sonra o, partiya yoldaşlarının lazımi 100 səsini toplayaraq qalib olub.
Beləliklə, Sunak tarixdə Asiya əsilli ilk Britaniya Baş Naziri olub.
Avqustda keçmiş maliyyə naziri olan Rişi Sunak Boris Consonun istefasından sonra baş nazir postu uğrunda mübarizədə favoritlərdən biri çevrilib.
Lakin o, Mühafizəkarlar Partiyasının üzvlərini o zaman inandıra bilməyib. Onlar Liz Trussa etimad gğstərib və hadisələr göstərdiyi kimi yanılıblar.
Sunakın ölkənin ən yüksək vəzifəsini tutmaq üçün ikinci cəhdi də Conson namizədliyini geri götürdükdən sonra uğurlu olub və yalnız nisbətən az tanınan və çox populyar olmayan Penny Mordaunt Sunaka rəqiblik edib.
Rishi Sunak kimdir və o, necə bir lider ola bilər?
Yay kampaniyası zamanı Sunak əsasən Böyük Britaniya iqtisadiyyatına diqqət yetirərək, onu böhrandan çıxarmaq üçün planlar təklif edib.
Sunak o zaman BBC-yə demişdi ki, o, "yalan vədlərlə qalib gəlmək"dənsə, liderlik uğrunda yarışı uduzmağı üstün tutur - bu, rəqib Liz Trasın vəd etdiyi vergilərin azaldılması təklifinə açıq-aydın etiraz idi.
Trasnəhayət baş nazir oldu, lakin onun pulu haradan əldə edəcəyini dəqiqləşdirmədən vergiləri azaltmaq təklifləri iqtisdiyyatda çaxnaşma yaratdı və bir ay sonra o, istefa verməli oldu.
Nəticədə Liz Trasın yeni Tetçer olmaq cəhdi baş nazir postunu tərk etmək bahasına baa gəldi.
Rişi Sunak iqtisadiyyatda baş verən son qarışıqlıqları şərh etməyib və bildirib ki, o, ölkəni "dərin iqtisadi böhrandan” çıxarmaq, həmçinin Tori partiyasını birləşdirmək üçün baş nazir postuna namizədliyini irəli sürüb.
Bazar günü o, Liz Trasın təyin etdiyi Xəzinədarlıq Katibi Jeremy Hant tərəfindən dəstəkləndi. Hantın sözlərinə görə, Sunak "uzunmüddətli rifahımız üçün lazım olan seçimləri" edəcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər















