• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il Azərbaycanda neft hasilatı azalacaq, qaz isə artacaq

Gələn il Azərbaycanda neft hasilatı azalacaq, qaz isə artacaq
01.11.2022 13:20
Azərbaycanda 2023-cü ildə neft hasilatı 2022-ci illə müqayisədə 4,6% azalacaq. Bu barədə Hesablama Palatasının 2023-cü il dövlət büdcəsi layihəsinə dair rəyində bildirilir. 
 
Həmin rəyə görə, qaz hasilatında cari il ilə müqayisədə 6,2% artm gözlənilir. 

Amma  palata 2022-2023-cü illərdə Azərbaycanda neft və qaz hasilatının fiziki həcminə dair proqnozlar göstərməyib. 
 
Hökumətin proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda 34 milyon 830,3 min ton neft və 43 milyard 514 milyon kubmetr qaz hasil ediləcək.

2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz kondensatı ilə birlikdə, artım 0,1%), 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%) hasil edilib.
 
Azərbaycanda neft-qaz hasilatı ilə Böyük Britaniiyanın BP şirkətinin operatorluq etdiyi neft konsorsiumu və Azərbaycan Dövlət Neft Şirkəti məşğul olur. Hasilatın böyük hissəsi xarici neft konsorsiumunun payına düşür.
 
Hasilatın aşağı düşməsini BP istismar etdiyi "Azəri-Çıraq-Günəşli" yataqlarında təbii ehtiyatların gözlənilən azalması ilə izah edir. 
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol