• $
  • €
  • ₽
  • ₺
  • £

Oktyabrda 1834 mina aşkarlanıb

Oktyabrda 1834 mina aşkarlanıb
01.11.2022 22:30
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay 1834 mina aşkarlanıb.

ANAMA-dan  verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1373, tank əleyhinə 461 mina və 2301 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 3246 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol