• $
  • €
  • ₽
  • ₺
  • £

Metronun Bənövşəyi xəttindəki stansiyalarıNDA optimallaşma aparıla bilər

Metronun Bənövşəyi xəttindəki stansiyalarıNDA optimallaşma aparıla bilər
26.12.2022 19:00
"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttindəki stansiyaların ətrafında yol-nəqliyyat infrastrukturunda əlavə tənzimləmə, optimallaşma aparıla bilər.

Bunu metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Monitorinqlər göstərdi ki, proqnozlar özünü doğruldur. Stansiyanın birinci mərhələdə istifadəyə verilməsi doğru planlamadır və ona tələbat olacaq. Ən əsası, bu istiqamətdə yol-nəqliyyat infrastrukturunda əlavə tənzimləməyə də ehtiyac yaranacaq. Bu isə yaxın gələcəyin işi olacaq. Tək "Xocəsən" deyil, "Bənövşəyi xətt" üzrə stansiyaların ətrafında bunu etməklə optimallaşma aparıla bilər. Bunun üçün xəttin stansiyalarında da sorğularımız, monitorinqlərimiz, təhlillərimiz olacaq. Elə bu gün bir neçə təklif-təşəbbüs də eşitdik. Ən əsası, paytaxtın bir istiqaməti də ən sürətli nəqliyyata calandı", - o bildirib.

Dekabrın 23-də Prezident İlham ƏLiyev metronun 27-ci stansiyası olan "Xocəsən"in və eyni adlı deponun açılışını edib.
 
Report

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol