• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK

Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
09.01.2023 14:57
Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin sosial media hesablarına respirator viruslarla bağlı gələn sualları cavablandırarkən deyib.
 
"Hazırda Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur. Bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmaları tövsiyə olunur”, - Eyvazov bildirib.
 
Ekspert bildirib ki, yeni yarandığı üçün hələlik bu ştam haqqında bilgilər məhduddur. Xəstəliyin bu növü omikronun digər variantları ilə müqayisədə daha sürətli yayılmaq xüsusiyyətinə malik olsa da, xəstəlik törətmək qabiliyyətinə görə bir o qədər də fərqlənmir. 

"Bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül keçir, fəsadlaşmır, tezliklə hərarət normallaşır, baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştah yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir", - Təyyar Eyvazov bildirib. 
 
Omikron XBB.1.5 alttip  ştammı hazırda dünyanın 30-a yaxın ölkəsində aşkarlanb.  Xəstəliyin kütləvi şəkildə əhalisinin  immunitetinin aşağı olduğu ölkələrdə müşahidə olunduğu bildirilir. 
 
Epidemioloji qanunlara görə, virusun yeni variantı həyat qabiliyyətlidir. Eyni zamanda, virusun yayılma sürətinin artması ilə yanaşı onun sağlamlıq üçün təhlükəsi də azalmış olur. Bu ştamm omikronun digər variantları ilə müqayisədə daha sürətli yayılmaq xüsusiyyətinə malik olsa da, xəstəlik törətmək qabiliyyətinə görə bir o qədər də fərqlənmir.
 
Omikron COVİD-19 bir variantıdır.
 
Lida Abbaslı
 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya təyyarəsi Bakıda məcburi eniş edib
09:02
Rusiya təyyarəsi Bakıda məcburi eniş edib
Ceyranbatanda qaz kəsiləcək
12:50
Ceyranbatanda qaz kəsiləcək
Dünyanın ən populyar 70 şirkəti ChatGPT-ni bloklayıb
19:12
Dünyanın ən populyar 70 şirkəti ChatGPT-ni bloklayıb
Azərbaycana hansı təşkilatlar xarici yardım ayırır? - MƏNFİ VƏ MÜSBƏT TƏSİRLƏRİ
17:22
Azərbaycana hansı təşkilatlar xarici yardım ayırır? - MƏNFİ VƏ MÜSBƏT TƏSİRLƏRİ
Travmatologiya və Ortopediya İnstitutuna mətbuat katibi təyin edildi
16:52
Travmatologiya və Ortopediya İnstitutuna mətbuat katibi təyin edildi
Topxana meşəsinin bərpasına başlanılıb
14:12
Topxana meşəsinin bərpasına başlanılıb
4 nəfər koronavirusdan öldü - STATİSTİKA
18:58
4 nəfər koronavirusdan öldü - STATİSTİKA
Kamran Əliyev üç rayona yeni prokuror TƏYİN ETDİ
11:14
Kamran Əliyev üç rayona yeni prokuror TƏYİN ETDİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol