2022- ci ildə Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən müsabiqələrin sayı açıqlanıb

2022-ci il də Medianın İnkişafı Agentliyi tərəfindən 2 fərdi jurnalist, 2 onlayn media, 2 çap mediası üzrə müsabiqə keçirilib. Bu barədə MEDİA-nın sədri Əhməd İsmayılov ilin yekunlarına dair mətbuat konfrasında deyib.
www.anews.az
Onların sözlərinə görə bu müsabiqəyə ümumilikdə 572 jurnalist müraciət edib. Müsabiqə nəticəsində isə 116 qalib olub.
Medianın İnkişaf Agentliyi 2021-ci il yanvarın 12-si prezidentin fərmanı ilə yaradılıb.
Agentliyin yaranma məqsədi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətinə yönəlib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















