• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il işğaldan azad edilmiş ərazilərə heyvanların buraxılması davam edəcək

Bu il işğaldan azad edilmiş ərazilərə heyvanların buraxılması davam edəcək
13.01.2023 11:43
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2023-cü ildə işğaldan azad edilmiş ərazilərə  maral, bezuar kimi heyvanların  öz tarixi areallarına buraxılmasını nəzərdə tutub. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev 2022-ci ilin hesabatına dair mətbuat konfransında deyib. 
 
Onun sözlərinə görə, 2022 çi ildə bu ərazilərə 33  baş ceyranın reproduksiyası həyata keçirilib. 
 
Belə ki, 2022-ci il oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Cəbrayıl rayonu ərazisinə 18 baş ceyran buraxılıb.  Bir gün sonra isə İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Ərdoğan əraziyə daha 15 baş ceyran buraxıblar. Beləliklə, onların sayı 33-ə çatıb.

Bu yolla nazirlik bölgənin dağıdılmış  ekosistemin bərpası istiqamətində işlər görməyə çalışır. 

Lida Abbaslı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol