• $
  • €
  • ₽
  • ₺
  • £

Şəxslərə yalnız müsahibədə iştirak etmək hüququ verən dövlət vəzifələrinin siyahısı təsdiqlənib

Şəxslərə yalnız müsahibədə iştirak etmək hüququ verən dövlət vəzifələrinin siyahısı təsdiqlənib
13.01.2023 19:00
İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin siyahısı təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, təqdim edilən siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il işləyən şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, həmçinin inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə biləcəklər.
Siyahıda rəhbər vəzifələr və müvafiq sahələr üzrə mütəxəssis vəzifələri nəzərdə tutulub.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol