• $
  • €
  • ₽
  • ₺
  • £

Başqırdıstanın ilk Prezidenti dəfn edilib

Başqırdıstanın ilk Prezidenti dəfn edilib
13.01.2023 21:00
Başqırdıstanın ilk Prezidenti Murtaza Rəhimov 88 yaşında paytaxt Ufa şəhərində dəfn edilib.

Vida mərasimi "Başqırdıstan” dövlət konsert salonunda keçirilib.

Mərasimdə Rusiya Prezidenti Vladimir Putin də iştirak edib və Başqırdıstanın birinci liderinin tabutu önünə qırmızı qızılgül dəstəsi qoyub.

Bildirilib ki, dəfn mərasimi Ufanın tarixi küçələrindən keçib. Başqırdıstanın ilk Prezidentini son mənzilə yola salmağa minlərlə insan gəlib. Murtaza Rəhimov şəhərin müsəlman qəbiristanlığında dəfn edilib.

Vladimir Putin bildirib ki, Murtaza Rəhimov Rusiya tarixində dönüş nöqtəsində mühüm sabitləşdirici rol oynayıb. O, Başqırdıstanın rəhbəri Radiy Xabirova respublikanın birinci Prezidentinin xatirəsinin əbədiləşdirilməsi məsələsi üzərində düşünməyi tapşırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol