• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət kosmik sənaye üçün ABŞ və Avropada kadr yetişdirməlidir - DEPUTAT/VIDEO

Dövlət  kosmik sənaye üçün ABŞ və Avropada kadr yetişdirməlidir - DEPUTAT/VIDEO
09.06.2023 19:11
Azərbaycan kosmik sənaye sahəsi üçün kadr hazırlığı üzərində ciddi düşünməli, bu sfera üçün ABŞ və Avropa universitetlərində yerli kadrların hazırlanması məsələsi "Kosmik fəaliyyət haqqında" qanun layihəsində öz əksini tapmalıdır. Bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
 
"Bu qanun çox vacib qanundur . Amma sadə dildə tərtib edilib.  Sanki Ailə nigah məcəlləsi  və ya məişət zorakılıına dair qanun kimi  tərtib olunubdur. Ən çox diqqətdən qaçan  mütəxəssis və təhsildən danışılmır. Bu elə sahədir ki BDU hüquq fakültəsinin tələbəsini ora transfer etmək olmaz.  Mütləq xaricdə  mütəxəssislərin  hazırlanması nəzərdə tutulmalıdır", - Mustafa bildirib.
 
Onun fikrincə, qanunda həmçinin məlumatların qorunması məsələsi də hər  hansı formada nəzərə alınmalıdır.
 
"Qanunda xarici və yerli mütəxəssisin statusu  dəqiq  müəyyən edilməlidir. Özəl sektorun iştirakı nəzərə alınmalıdır.  ABŞ-da NASA proqramının bir hissəsi İlon Maska həvalə edildi və Dövlətin yükünün bir hissəsini  özəl sektor üzərinə götürüb. Bizdə də özəl sektorun bu sahədə rolu müəyyən olunmalıdır",  -  Mustafa vurğulayıb. 
 
O kosmik sənaye üçün kadrların ABŞ və Avropada  hazırlanmasının vacibliyini də əlavə edib.



 
"Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi parlament tırıfindən ikinci oxunuşda qəbul edilib. Qanun layihəsi  6 fəsil, 24 maddədən ibarətdir. 

Bu qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Kosmik fəaliyyət – Yerətrafı orbitlər, habelə Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzanın texniki, iqtisadi, müdafiə, təhlükəsizlik, informasiya, elmi, ekoloji və digər məqsədlər üçün kosmik obyekt vasitəsilə tədqiqi və istifadəsi, kosmik obyektin kosmik fəzaya çıxarılması, idarə edilməsi, istismarı və Yerə qaytarılması, yaxud istismardan çıxarılmasıdır.

Kosmik sənaye – peyk xidmətlərinin təşkili, təqdim edilməsi, kosmik obyektlərin və onların tərkib hissələrinin layihələndirilməsi, istehsalı, kosmik resurslardan və texnologiyalardan istifadə sahəsində elmi tədqiqatların aparılmasıdır.
 
Azərbaycanda kosmik fəaliyyət Azərbaycan Respublikasının Kosmik Agentliyi "Azərkosmos” tərəfindən həyata keçirilir.

Bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.
 
 
Gülnar Nazimqızı
Kənan Əzizli



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol