• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrə Azərbaycana dərman ixracını 1,8 dəfə artırıb

İsveçrə Azərbaycana dərman ixracını 1,8 dəfə artırıb
16.08.2023 19:12
2023-cü ilin yanvar-iyununda İsveçrə Azərbaycana 56 ton dərman və dərman ləvazimatı  ixrac edib ki,  bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80% çoxdur. Bu barədə İsveçrə gömrük idarəsi məlumat verib. 

Pul ifadəsində İsveçrədən Azərbaycana əczaçılıq məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% artaraq 19,753 milyon frank (20 milyon avro) təşkil edib.

İxracın əmtəə strukturunda dərman vasitələri (əmtəə nomenklatura kodu - 3004) üstünlük təşkil edib, İsveçrədən Azərbaycana tədarüklər fiziki ifadədə 1,8 dəfə, 55 tonadək, pul ifadəsində isə 15,9% artaraq 18,921 milyon frank olub ( 19,163 milyon avro).

İsveçrə Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ildə İsveçrə Azərbaycana 67,2 ton (2021-ci illə müqayisədə 34,2% artım) 36,046 milyon frank (35,727 milyon avro, artım 4,7 dəfə) dəyərində əczaçılıq məhsulları ixrac edib.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol