• $
  • €
  • ₽
  • ₺
  • £

Füzuli və Laçın rayonlarında 798 nəfər məşğulluğa cəlb edilib

Füzuli və Laçın rayonlarında 798 nəfər məşğulluğa cəlb edilib
16.01.2024 11:55
Hazırda işğaldan azad olunmuş Füzuli və Laçın rayonlarında 798 nəfərin məşğulluğa cəlb edilməsi istiqamətində işlər aparılır. Bunu  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

"Ötən il yanvarın 1-dən  etibarən işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik 600 manat sosial müavinət verilib", - nazir müavini Anar Əliyev yanvarın 16-da keçirilən 2023-cu ilin yekunlarına dair mətbuat konfransında  bildirib. 
 
Nazir müavini vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə köçürülən 1138 nəfərin məşğulluğu tam təmin olunub.
 
Aytac Zeynalova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol