• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarda Qarabağ və Şərqi Zəngəzurda 735 hektar ərazi minadan təmizlənib

Yanvarda Qarabağ və Şərqi Zəngəzurda 735 hektar ərazi minadan təmizlənib
01.02.2024 14:18
2024-cü ilin yanvarında Azərbaycanın dövlət qurumları Qarabağda və Şərqi Zəngəzurda 734,7 hektar ərazini minalardan və partlamamış mərmilərdən təmizləyib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyindən (ANAMA) verilən məlumata görə, yanvar ayı ərzində işğaldan azad edilmiş ərazilərdə 123 ədəd piyada əleyhinə mina, 40 ədəd tank əleyhinə mina, 203 ədəd partlamamış mərmi aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovun bu günlərdə verdiyi məlumata görə, 2020-ci ilin noyabrından 2024-cü il yanvarın 16-dək Qarabağ və Şərqi Zəngəzurda 118 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol