• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar hərracda 150 milyondan çox dollar alıb

Banklar hərracda 150 milyondan çox dollar alıb
13.02.2024 12:35
Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 151,1 milyon ABŞ dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu məbləğ əvvəlki hərrac zamanı 61,4 milyon ABŞ dolları olub.

"Çərşənbə axşamı valyuta hərracı 151,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.

Ötən ilin yanvar-mayında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 492,3 milyon ABŞ dolları məbləğində satış olub.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Aygün Mirakif
 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol