• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada Azərbaycan-Türkiyə münasibətləri müzakirə olunub

Moskvada Azərbaycan-Türkiyə münasibətləri müzakirə olunub
10.04.2024 19:07
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Ramazan bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfiri Tanja Bilgiçi qəbul edib.

"Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycan səfiri həmkarını müqəddəs ayın sona çatması ilə bağlı səmimi qəlbdən təbrik edərək, ona və onun simasında qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.

Türkiyə səfiri öz növbəsində Polad Bülbüloğlunu və qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, gələcək qələbələr və azad edilmiş ərazilərin bərpası işində yeni uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin ayrı-ayrı aspektləri müzakirə olunub, həmçinin regional gündəliyin cari məsələlərinə dair fikir mübadiləsi aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol