• $
  • €
  • ₽
  • ₺
  • £

Emal səneysində məhsul istehsalı artıb, toxuculuq saneysində isə azalıb

Emal səneysində məhsul istehsalı artıb, toxuculuq saneysində isə azalıb
17.05.2024 10:01
2024-cü ilin yanvar-aprelində emal sənayesində 6 milyard 184 milyon 500 min manatlıq məhsul istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 

Hesabat dövründə içki istehsalında 2023-cü ilin 4 ayı ilə müqayisədə 27,5%,  tütün məmulatlarının istehsalında 19,2 %, qida məhsullarının istehsalında isə 0,7 %, artım olub. Bu sahələrin əsas məhsullarından tütün istehsalı 7,9 dəfə, viski, brendi istehsalı 7,6 dəfə, duru bitki yağlarının istehsalı 22,3%, pivə istehsalı isə 15,5 % artıb.
 
Toxuculuq sənayesi,  geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 159,4 milyon manat dəyərində məhsul istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə  dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 25,2 % , geyim istehsalında 19,1% artım, toxuculuq sənayesində isə 8,6 % azalma deməkdir. 
 
Aygün

 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol