• $
  • €
  • ₽
  • ₺
  • £

İrandakı Azərbaycan səfirliyi yeni məkana köçürülə bilər - XİN

İrandakı Azərbaycan səfirliyi yeni məkana köçürülə bilər - XİN
17.05.2024 10:00
İrandakı Azərbaycan səfirliyinə edilən hücumla əlaqədar yeni məkana köçürülməsi istiqamətində İranla müvafiq iş aparılıb. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
 
"Ötən ilin yanvar ayında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra, İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub. Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb. Aparılmış iş nəticəsində, səfirliyin yeni məkanı artıq müəyyən edilib. Hal-hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra, səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır", - o qeyd edib.










www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol