• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xarici siyasətdə kişi və qadınlar arasında disbalans var

Azərbaycanda xarici siyasətdə kişi və qadınlar arasında disbalans var
07.06.2024 16:20
Azərbaycanın 67 səfirindən yalnız 2-si qadındır. Bunu bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev deyib.
 
O bildirib ki, Azərbaycanda xarici siyasətdə kişi və qadınlar arasında disbalans var.

"Son beş ayda müxtəlif ölkələrdə keçirilən konfranslara 8 nümayəndəmiz qatılıb. Ümumilikdə ezamiyyələrə baxdıqda mərkəzdə çalışan kişiləri 70%-i, qadınların isə 30%-i beynəlxalq platformalarda ölkəmizi təmsil ediblər”, - o iyunun 7 -də "Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusundakı dəyirmi masada qeyd edib.
 
Xarici İşlər Nazirliyinin (XİN) Humanitar və Sosial məsələlər idarəsinin rəis müavini Şəfa Qasımova isə bildirib ki, Xarici İşlər Nazirliyində heyətin 3 də 1-i qadınlardı.

O həmçinin bildirib ki, dünyada Xarici İşlər nazirlikərində qadınların təmsilçiliyi cəmi 25 %-dir. Qadın səfirlərin sayı isə cəmi 20 %-dir.
 
Aygün

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol