Putin Trampı təbrik etmək niyyətində deyil - Peskov
Rusiya prezidenti Vladimir Putin respublikaçı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
www.anews.az
"Mən prezidentin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərsizəm. Unutmayaq ki, söhbət dövlətimizə qarşı müharibədə həm birbaşa, həm də dolayısı ilə iştirak edən dost olmayan ölkədən gedir”, – Peskov əlavə edib.
Bu gün ABŞ-da prezident seçkilərinin nəticələri açıqlanıb. Nəticlərə görə ABŞ-ın 47-ci preizdenti Donald Tramp olub.
Seçkidən sonra bir çox dünya liderləri Trampa təbrik məktubları göndərib. Təbrik məktublarının içində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da təbriki var.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























