• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan hərbçiləri qəzaya düşdü

Azərbaycan hərbçiləri qəzaya düşdü
28.11.2014 20:46
Ucar rayonunda yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu ərazisində iki yük avtomobili toqquşub. Yük maşınlarından birinin Azərbaycan Milli Ordusuna məxsus olduğu bildirilir.Qəza zamanı avtomobildə bir neçə əsgər və zabit olub. Xoşbəxtlikdən xəsarət alan yoxdur.Digər "KamAz" markalı yük maşınına ciddi ziyan dəysə də, sürücü yüngül xəsarətlər alıb. Yol polisi hadisə yerində araşdırma aparır.Qeyd edək ki, orduya məxsus avtomobilin arxasında qoşqusu da olub. İlkin məlumatlara görə, qəzaya səbəb kimi dumanlı hava göstərilir.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol