Bu gün sükan arxasında əyləşən qadınların sayının getdikcəartdığı hamıya məlumdur. Bir çox qadınlar sükan arxasında əyləşərkən başverən qəzanın şahidi olduqda və ya qəza riski olduqda stress yaşayır.Statistik araşdırmalar nəticəsində məlum olub ki, avtomobil və yolhərəkəti qaydalarının düzgün dərk edilməsində və qəza riskindənxətasız-bəlasız xilas olmaqda qadınlar kişilərə nisbətən 40% zəifdir.Odur ki, əziz xanımlar sükan arxasında olan zaman stressdən uzaq olmaqüçün bizə məsləhətləri nəzərinizə çatdırırırıq:
1. Əmin olun ki, maşın qaydasındadır.
Avtomobili sürməzdən əvvəl əmin olmaq lazımdır ki, o qaydasındadır.Yanacaq gedəcəyiniz yerə bəs edəcək? Yolüstü harada yanacaq doldurabilərsiniz? Sonuncu dəfə yağın və suyun səviyyəsini nə vaxtyoxlamısınız? Maşın həmişəki kimi işə salınır, yoxsa yad səsləreşidirsiniz? Təkərlər qaydasındadır? Yola çıxmamışdan qabaq ikidəqiqənizi sərf edib avtomobili yoxlanışdan keçirtsəniz, yolda bir neçəsaatlıq ləngimədən qaça bilərsiniz.
2. Marşrutu planlaşdırın.
Əgər sizin marşrutunuz tanımadığınız istiqamət üzrədirsə, ondaxəritəni yaxşı öyrənin və yolu yadda saxlamağa çalışın. Qabaqcadan dahatəcrübəli sürücülərdən yolu soruşmağa utanmayın. Salonlarda marşrutuplanlaşdırmağa kömək edən kompüter naviqatorlu avtomobil sifariş etməkolar. Eyni naviqatorlar ayrı da satılır - bu halda siz salonda onumüstəqil bərkidə bilərsiniz.
3. Komforta fikir verin.
Əgər sükan arxasında yeriniz rahatdırsa, idarə zamanı heç nəfikrinizi yayındıra bilməz. Kreslonu və arxa görünüş güzgülərini elənizama salın ki, komfort maksimum dərəcədə təmin olsun. Kondisionerioptimal temperaturda saxlayın. Mobil telefonu “Hands-free” qurğusunaqoşun – qəzaların yüksək faizi sürücülərin bir əlində telefonusaxlayaraq sükanı idarə etməsi ucbatından baş verir. Amma həttahands-free-lə mobil telefon danışıqlarını minumuma yaxınlaşdırmaqlazımdır ki, diqqət yayınmasın.
4. Qabaqcadan yola çıxın
Əgər vaxtınız varsa, yola bir az tez çıxın.Belə halda siz kifayətqədər rahat və xoşagəlməz hadisələrdən uzaq olacaqsınız. Gecikdiyinizzaman əsəbiləşirsiniz və tez-tez yol hadisələrinə gətirib çıxara biləntəhlükəli manevrlər edirsiniz. Getdiyiniz yol 2-3 saatlıqdırsa, yoldadayanmaq, su içmək və istirahət etmək lazımdır.
5. Yol hərəkəti qaydalarına riayət etməli
Bəzən yol nişanları sürücülər üçün heç bir əhəmiyyət daşımır vəlazımsız olur. Yol hərəkəti qaydalarında qaydalar və sürətməhdudiyyətləri aydın formada verilir. Ona riayət etməklə siz öz şəxsitəhlükəsizliyinizin qayğısına qalmış olursunuz. Kəskin manevrlərdənçəkinin: əgər bir sıradan digərinə keçmək istəyirsinizsə və yaxınlıqdaolan avtomobili görməmisinizsə, düzgün hərəkət zamanı hər iki sürücününtoqquşmadan qaçmaq imkanı olur.
6. Diqqətli olun
Yolda dolaşıq gedən, gah sağa, gah da sol keçən avtomobillərdənehtiyatlı olun. Belə avtomobildə sükan arxasında sərxoş, təcrübəsiz,yaşlı biri ola bilər. Yaxud da avtomobilin texniki vəziyyəti nasazdır.İmkan daxilində yük maşınlarına, avtobuslara yaxınlaşmayın. Bu nəqliyyatvasitələrində icmal minik avtomobillərindən daha pis vəziyyətdə olabilər və ya yerini dəyişən zaman sürücü sizi görməyə bilər. Yükmaşınının ardınca gedirsinizsə, 20-30 metrlik məsafə saxlayın. Yükmaşınlarının arxa təkərlərinin arasında balaca daşlar qalır və bunlarhərəkət zamanı sizin maşınınızın üstünə gələ bilər. Zibil daşıyan yükmaşınlarındakı böyük predmetlər (vedrələr, bellər, quraşdırmalar və s.)maşınınız və sağlamlığınız üçün təhlükə yarada bilər.
7. Zolaqlar üzrə hərəkətə riayət edin.
Öz zolağınız üzrə ciddi hərəkət edin: yol-nəqliyyat hadisəsi zamanıgünahsızlığınızı sübut etmək daha asan olacaq. Hətta belə hərəkət zamanıqəzanın başvermə faizi də aşağıdır. Həm də zolaqda mərkəzdən bir azdaha solda dayanmaq daha yaxşıdır. Sol hissəni siz daha yaxşı görürsünüzvə nəzarət etməyiniz daha asan olur.
8. Avtomobil sürərkən uşaqlarınıza ciddi qanun tətbiq etməlisiniz:
Həyati vacib məsələlərdə ancaq anasının diqqətini özünə cəlb edəbilər. Digər sualları isə sonraya saxlamaq olar, məsələn, işıqfordasoruşa bilər. Uşaqlar özləri ilə oyuncaqlarını, kitablarını, qulaqcıqlıpleyerlərini və elektron oyunlarını götürə bilərlər ki, darıxmasınlar.
9. Ən əsası əsəbiləşməyin.
Şəhərin yolları - bu böyük, arası kəsilməyən stresdir və sizin işinizona tabe olmamaqdır. Əgər yolda hansısa bir vəziyyət sizi özünüzdənçıxardırsa, dayanın, sakitləşin və yalnız bundan sonra yola davam edin.
Çalışın sükan arxasında stress və narahatlıq yaşamayın. // lent.az
















