Orxan Pamukdan yeni roman

Nobel mükafatlı türk yazıçı Orxan Pamukun son romanı "Kafamdaki tuhaflık" ("Başımdakı qəribəlik") çap olunacaq.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, romanın 9 dekabrda nəşr olunacağı gözlənilir. Yazıçının üzərində altı il çalışdığı və oxucuların səbirsizliklə gözlədiyi adı çəkilən romanda müəllif İstanbul küçələrindəki gəzintisini davam etdirir.
Roman həm bir eşq hekayəsi, həm də müasir bir dastandır. Əsərdə Mövlud ilə üç il eşq məktubları yazdığı sevgilisinin İstanbuldakı həyatları nəql olunur. 1969-2012-ci illər arasında qırx ildən çox bir müddətdə Mövlud İstanbul küçələrində avtopark gözətçisi və.s bu tipli işlərdə çalışıb. Bir tərəfdən küçələrin cürbəcür insanla dolmasını, şəhərin böyük hissəsinin dağıdılıb yenidən inşa edilməsini, Anadoludan gəlib zəngin olanları izləyir, digər tərəfdən ölkənin keçdiyi proseslərə, siyasi qarşıdurmalara şahid olur. Onu başqalarından fərqləndirən şeyin, beynindəki qəribəliyin qaynağı həmişə maraqlandırır.
ANN.Az

Roman oxucular tərəfindən böyük həyəcanla gözlənilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb