• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstan və Türkiyə arasında Azərbaycan qazının Avropaya tədarükü üçün razılıq əldə olunub

Yunanıstan və Türkiyə arasında Azərbaycan qazının Avropaya tədarükü üçün razılıq əldə olunub
07.12.2014 10:59
Yunanıstan və Türkiyə "Şahdəniz-2” yatağından qazın Avropa bazarlarına tədarükü üçün boru şəbəkəsinin genişləndirilməsinə dair razılığa gəliblər. Yunanıstan və Türkiyə boru kəmərləri şəbəkəsinin tikintisi və genişləndirilməsi hesabına regional əməkdaşlığının inkişaf etdirilməsini qarşılarına məqsəd qoyurlar. 

Bu barədə Yunanıstan-Türkiyə əməkdaşlığının Ali şurasının III iclasının yekunlarına dair qəbul olunmuş birgə bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, Yunanıstan və Türkiyə  qaz boru kəmərləri və daha sıx əməkdaşlığa yol açmış ITGI qaz borusuna (2007-ci ildən istifadəyə verilmiş Yunanıstan-Türkiyə qaz borusu) dair  enerji sahədə ikitərəfli və regional əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər.

"Transadriatik (TAP) və Transanadolu qaz boruları (TANAP) bir-biri ilə əlaqəli və, şübhəsiz ki, dəyər baxımından Xəzər bölgəsindən təbii qazın Qərbi Avropaya tədarük edilməsi üçün ən effektiv marşrutdur”, deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Yunanıstan XİN rəhbəri Evangelos Venizelos bundan əvvəl Afinada keçirilmiş Yunanıstan-Türkiyə biznes forumunun iştirakçılarına müraciətində Yunanıstanın Transadriatik (TAP) qaz borusunun tikintisinə və Cənub Enerji Dəhlizinin yaradılmasına böyük əhəmiyyət verdiyini  qeyd edib: "Xüsusilə də, "Cənub axını” ilə bağlı son hadisələrdən sonra bu məsələ iqtisadi inkişaf və beynəlxalq siyasət nöqteyi-nəzərdən əlavə, son dərəcə mühüm məna alıb”, deyə baş nazir vurğulayıb.

Azərbaycanın "Şahdəniz-2” yatağından qazın Türkiyə, Yunanıstan və İtaliya ərazisindən keçməklə Avropa bazarlarına tədarükü üçün nəzərdə tutulmuş ITGI (Interconnector Turkey-Greece-Italy) birləşdirici qaz borusunun Yunanıstan-Türkiyə hissəsi 2007-ci ildən istifadəyə verilib. 

Transadriatik (TAP) qaz borusu 2013-cü ilin iyununda "Şahdəniz-2” yatağından qaz tədarükünün prioritet marşrut kimi təsdiqlənib. Uzunluğu 520 km olacaq TAP qaz borusu Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyayadək uzanacaq. İldə ilkin 10 mlrd. kubmetr qaz nəqletmə gücünə malik olan TAP bu göstəricini ikiqat (20 mlrd. Kubmetrədək) genişləndirmək imkanına da malikdir. 
 
APA
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol