• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 10 qadın sürücü saxlanıldı

Bakıda 10 qadın sürücü saxlanıldı
07.12.2014 13:30
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 8-ci, 11-ci və eskort müşaiyət tağımının şəxsi heyəti tərəfindən son iki gecədə paytaxt ərazisində keçirilən reydlər zamanı 10 qadın sürücü saxlanılıb. Onların bəzilərində müvafiq sənədlər qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlərdir.

 Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, xanım sürücülər arasında sürət həddini aşanlar da olub: "Lakin nəqliyyat vasitəsini sərxoş halda idarə edən xanım sürücülər daha çoxluq təşkil edir. Onların bir neçəsi sərxoşluq müayinəsindən imtina edib. Lakin buna baxmayaraq, onların barəsində inzibati protokol tərtib olunub. Sərxoş halda avtomobil idarə etməklə sərxoşluq müayinəsindən boyun qaçırmağın cəriməsi eynidir”.

DYP tərəfindən Bakı şəhəri üzrə dekabrın 5-dən 6-na və 6-dan 7-nə keçən gecə keçirilən reydlər zamanı ümumilikdə 10 xanım sürücü inzibati məsuiliyyətə cəlb olunub. Onlardan biri sərxoş vəziyyətdə qəza törədərək maşını qoyub qaçıb. Sonuncu reyd zamanı saxlanılan "Range Rover” markalı avtomobilin sürücüsü Könül Vəliyeva sərxoşluq müayinəsindən keçməkdən imtina edib. 

Özünün və yanındakı rəfiqəsinin dövlət işçisi olduğunu deyən bu sürücü bir neçə yerə zəng edib məsuliyyətdən yaxa qurtarmağa çalışsa da, faydası olmayıb. O, əvvəlcə restoranda ancaq çay içdiyini və oradan çıxan kimi yol polisi tərəfindən saxlanıldığını deyib. Bununla sərxoş vəziyyətdə olmadığını iddia edən xanım sürücü sərxoşluq müayinəsindən keçməkdən imtina etsə də, DYP əməkdaşları onu inzibati qaydada məsuliyyətə cəlb etdilər. Avtomobil isə cərimə meydançasına aparıldı.
 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol