• $
  • €
  • ₽
  • ₺
  • £

AYB-dən Təhsil Naziriyinə cavab: "Xəbərləri yoxdur" - MÜSAHİBƏ

AYB-dən Təhsil Naziriyinə cavab:  "Xəbərləri yoxdur" - MÜSAHİBƏ
17.12.2014 12:00
Xəbər verdiyimiz kimi, Azərbaycan Təhsil Naziri Mikayıl Cabbarov Yazıçılar Birliyi, müvafiq ittifaqlar və yazıçılara müraciət edib.
Müraciətdə bildirilir ki, uşaq ədəbiyyatının yeni hekayələrin, müasir formatda olan ənənəvi hekayələrin, nağılların yaradılmasına böyük ehtiyac var.
ANN.Az məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadəyə suallar ünvanlayıb.
 
-Azərbaycanda niyə yeni uşaq ədəbiyyatı yaranmır? Bunun səbəbi nədir?- AYB sədri Anarın təşəbbüsü, Arif Əmrahoğlunun rəyi və mənim redaktorluğumla bu yaxınlarda 500 səhifədən ibarət "Azərbaycan Uşaq Antologiyası" çap olunub. Kitabı cənab nazir Mikayıl Cabbarova da təqdim etmişəm. Söhbət zamanı qeyd etmişəm ki,  burada bizim müasir nağıllarımız hekayələrimiz, şeirlərimiz  toplanıb. Təhsil Nazirliyi mötəbər mənbə kimi dərsliklərdə o kitabdan istifadə edə bilər. Kitab həm orta məktəb, həm ali məktəblər üçün tədris vəsaiti kimi nəzərdə tutulub.
 
Mən həmişə demişəm  və 12-ci qurultay öncəsi məruzəmdədə  qeyd etmişəm ki, bizim dərsliklərimiz Təhsil Nazirliyi ilə AYB-nin birgə işi nəticəsində yarana bilər. Təəsüf olsun ki, nazirlik bunu heç vaxt etməyib və onlar uşaq dərsliklərini həvəskar müəlliflərə həvalə etdiyindən dərsliklərimiz bərbad vəziyyətdədir.
 Bizdə çox gözəl uşaq ədəbiyyatı yazarları var. Təssüf olsun ki, Təhsil Nazirliyinin bundan xəbəri yoxdur. Məslələn Gülzar İbrahimova (Gülzar nənə), Əfsanə Laçın, Gülarə Munis, Sevinc Nuruqızı, Əlamdar Qulzadə, Rafiq Yusifoğlu, Aləmzər Əlizadə, Qəşəm İsabəyli, Aygün Bunyadzadə kimi onlarla yazar  saya bilərəm ki, onların çox gözəl nağılları, hekayələri, şeirləri var. Bunlar müasir uşaq ədəbiyyatının ən gözəl nümunələridir. Təhsil nazirliyinin hansı bir mütəxəssisi bu sahə ilə bağlı AYB-yə müraciət edib ki, əli boşda qalsın?!
AYB-nin qurultayında Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri hörmətli Fatma xanım Abdullazadə də uşaq ədəbiyyatındakı problemdən danışdı. Əlbəttə, razıyam problemlər var, sadəcə çap problemləridir. Ona görə də  uşaq kitabları müəyyən ünvanlara kitab çatmaya bilər. Amma nazirlik AYB vasitəsilə kitabı rahat şəkildə əldə edə bilər.
Nazirin müraciətini alqışlayıram. Mənə elə gəlir ki, biz onlara layiqincə kitablar verə bilərik. İstəsələr kitabları tapıb aparıb nazirə təqim edə bilərəm. Sadəcə Təhsil Nazirliyinin müvafiq qurumu  mütaliə, araşdırma ilə məşğul olmur, dərslik yazan müəlliflər mətnləri öz dostları, tanışları arasından seçir. Ona görə də həqiqi uşaq ədəbiyyatından yazan insanlardan xəbəri olmur. Düşünürəm ki, nazirin bu müraciəti müsbət rol oynayacaq".
 
 
-Niyə uşaq ədəbiyyatının inkişafına təkan verəcək müsabiqələr təşkil olunmur? Biganəliyin səbəbi nədir?
- Nigar Köçərli sağ olsun ki, "Milli kitab Mükafatı"nda uşaq nağılları adında bir bölüm də salmışdı. Gənc yazar Əfsanə Laçın birincilik qazanmışdı. Mən istəyərdim ki, Təhsil Nazirliyi də uşaq ədəbiyyatı ilə bağlı müsabiqə təşkil etsin. Nazirlik sponsorluq edib pul ayırmalıdır. Nəzəri tərəflərini də AYB həll etməlidir. Bu birgə layihə əsasında uşaq ədəbiyyatı müsabiqəsi ola bilər:  Ən yaxşı şeir, Ən yaxşı nağıl, Ən yaxşı hekayə və.s
Bizdə Hicran Hüseynovanın rəhbərliyi altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Onlar heç vaxt uşaq ədəbiyyatı ilə maraqlanmayıblar. Deyəcəklər ki, bu sahə ilə məşğul ola bilmərik. Bəs, yaxşı nə ilə məşğul ola bilərsiz? Aparıb uşağın qabağına şəkərbura, paxlava qoymaq lazım deyil. Uşağın qabağına kitab da qoymaq lazımdır. Arzu edərdim ki, komitədə də  uşaq ədəbiyyatı ilə bağlı  böyük bir müsabiqə  təşkil etsin.
 
Bizim televizyalarda uşaq verilişləri olmalıdır. Savalan babamız vardı, indi yoxdur, "Çıraq" verilişi vardı, indi yoxdur. Bunlar da yaranmalıdır. Çoxlu QHT-lər var. Onlar da məsələ ilə bağlı addım atmalıdırlar, müsabiqə təşkil etməlidirlər. Yaxşı olar ki, QHT-lərə Yardım Fondu  uşaq ədəbiyyatı ilə bağlı müsabiqə təşkil etsin. Bunlar olandan sonra uşaq ədəbiyyatında stimul yaranacaq inkişaf edəcək. Uşaq ədəbiyyatı uşaq olduğuna görə baxım, qayğı tələb edir. Çünki uşaq başqa yerə gedib kitab ala bilmir.
 
- Bu sahənin gələcəyini necə görürsüz?
- Bizim ədəbiyyatımız var. Sadəcə bundan xəbərləri yoxdur. Uşaq ədəbiyyatının gələcəyini  çox yaxşı yaxşı görürəm.
 
Tofiq Əli
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol