• $
  • €
  • ₽
  • ₺
  • £

Rubl qonşuları da vurdu: manat necə olacaq? - Ekspert rəyi

Rubl qonşuları da vurdu: manat necə olacaq? - Ekspert rəyi
20.12.2014 15:54
"Mərkəzi Bankın rezervləri və tədiyyə balansımızın müsbət saldosu manatın kursunun sabit saxlanılmasına kifayət edəcək qədərdir”.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı-ekspert Natiq Cəfərli Rusiya rublunun kəskin enişinin qonşu dövlətlərə də təsir etməsi prosesini şərh edərkən bildirib. Ekspert yaxın bir il ərzində manatı rublun taleyinin gözləmədiyini bildirib:
 
"2015-ci ilin sonuna qədər manatın məzənnəsinə ciddi təhdid yoxdur. Mərkəzi Bankın rezervləri və tədiyyə balansımızın müsbət saldosu manatın kursunun sabit saxlanılmasına kifayət edəcək qədərdir. Amma bu həm tədiyyə balansından, həm də neftin qiymətinin nə qədər aşağı səviyyədə qalmasından asılı olacaq. Azərbaycan 2014-cü ilin ilk 9 ayında 17,356 milyard dollarlıq məhsul ixrac edib. Bunun 14,818 milyardı xam neft, 1,034 milyardı isə neft məhsullarıdır. Yerdə cəmi 1,504 milyard dollar qalır ki, onun da tərkibində hələ qaz ixracı var. Yəni, göründüyü kimi, Azərbaycanın ixracının az qala tamamı neft, neft məhsulları və qazdan ibarətdir. Məhz buna görə də tədiyyə balansımızda həmişə müsbət saldo olurdu”.
 
Ekspertin sözlərinə görə, neftin qiyməti gələn il 60 dollar olsa belə, bu, manatın qiymətini endirməyəcək:
 
"Gələn il hasilat 2014-cü il səviyyəsində, qiymətlər isə ortalama 60 dollar olsa, deməli, təqribən neftdən gələn vəsait 40 faiz az olacaq. Başqa sözlə, gələn il neftin satışından ölkəmizə gələn pul ilk 9 ayda təqribən 6 milyard dollar az olacaq – yəni, 8,5-9 milyard dollar olaq. Bu amilləri nəzərə alaraq demək mümkündür ki, gələn ilin sonuna yaxın Mərkəzi Bank manatın yumşaq devalivasiyasına gedə bilər, amma tam əminliklə demək mümkündür ki, bizdə Rusiyada baş verən milli valyutanın faciəli dəyərdən düşməsi Azərbaycanda yaxın 1 ildə gözlənilmir”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol