• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski”də icra hakimiyyəti nümayəndələrini evlərə buraxmırlar – REPORTAJ+FOTOLAR

“Sovetski”də icra hakimiyyəti nümayəndələrini evlərə buraxmırlar – REPORTAJ+FOTOLAR
23.12.2014 17:57
Rüstəm Qasımov

Əvvəllər "Sovetski" dedikdə Bakının böyük ərazini əhatə edən məhəllə, eləcə də paytaxt əhalisinin böyük hissəsinin yaşadığı, özəl sektorun çoxsaylı tikintilərinin düşdüyü yer yada düşürdü. Amma son günlər "Sovetski" dedikdə söküntü, köç gözlər qarşısında canlanır. Bütün bunlarla yanaşı paytaxtın mərkəzində yerləşməsi, həmin küçələrin, məhəllələrin nəsildən-nəsilə ötürülməsi, oradan ictimai-siyasi, eləcə də mədəniyyət xadimlərinin yetişməsi bir tarixdir və heç vaxt təkzib edilə bilməz.

Amma Azərbaycan, xüsusən də paytaxt sürətlə inkişaf edir. Bakının simasını müasirləşdirməyə və paytaxtımızın infrastrukturunu keyfiyyətli şəkildə yaxşılaşdırmağa imkan yaranır. Bakı sürətlə dəyişir. Cəmi bir neçə il Azərbaycandan kənarda olan şəxs geri dondükdə paytaxtımızın arxitekturasının meqa-layihələrin, dünyada analoqu olmayan ultramüasir binaların sayəsində nə qədər dəyişdiyinə mat qalır. Xalqda belə bir fikir formalaşıb ki, bir neçə ildən sonra Bakı öz inkişafı və infrastrukturu ilə Dubayı ötəcək. Amma necə deyərlər, çox uzağa getməyək, yaşayarıq, görərik.

Yeni binaların inşası ilə yanaşı, köhnə tikintilər söküntüyə məruz qalır. Bakı Şəhər İcra Hakimiyyətinin fikrincə, köhnə binalar paytaxtın xarici görünüşünü korlayırlar. Sökülmüş binaların yerlərində yeni arxitektura obyektləri tikilir, parklar salınır, avtodayanacaqlar istifadəyə verilir və s.

Amma özəl sektorun söküntüsü – bu, kifayət qədər mürəkkəb və çox ağrılı prosesdir. Xüsusilə orada məskunlaşmış insanlar üçün. Belə tale məşhur "Sovetski" küçəsini də haqlayıb.  Bu il fevralın 10-dan başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti  N.Nərimanov (Keçmiş Sovetski küçəsi) prospektində evlərin söküntüsü üzrə işlərə start verib.

İndiyə qədər "Sovetski" sakinləri dəfələrlə evlərinin müqabilində daha layiqli ödəniş edilməsi tələbi ilə nümayiş və etiraz aksiyaları keçiriblər. Təəssüf ki, bu tələblərlə rəsmi qurumların təklifləri heç də üst-üstə düşmür. Və hər iki tərəf öz dediyində israr etdiyi üçün mübahisə davam edir. Burada yaşayan əhalinin əksəriyyətinin artıq evlərini tərk etməsinə baxmayaraq, əhalinin böyük hissəsi "Sovetski"də yaşamağa davam edir və onlar yeni ev almağa imkan verəcək daha layiqli kompensasiya əldə etmək ümidilə gözləyirlər. Narazılığın kökü ondadır ki, evlərə kompensasiya ailə üzvlərinə görə deyil, yaşadıqları mənzilin kvadratmetrinə görə hesablanır. Etiraza səbəb olan evlərdə isə bir neçə ailə - ata-ana, ailə qurmuş və artıq bir neçə övlada sahib olan qardaşlar birgə yaşayır, onların yaşadığı mənzilin kvadratmetri isə çox kiçikdir.

Bu yaxınlarda "Sovetskiyə” yola düşdüm ki, orada olan hazırki vəziyyəti müşahidə edəm. Düzünü desəm, bu mənzərə əsəbləri zəif olanlar üçün deyil. Küçələrdən addımlayarkən adamda belə bir hiss yaranır ki, bu saat ev üstünə uçacaq.

Küçələrdən keçdikcə Bakının ən məşhur rayonlarından birinin sakinləriylə danışmaq və onların bu barədə nə düşündüklərini bilmək mənim üçün maraqlı gəldi.

Söhbət əsnasında öyrəndim ki, onların əksəriyyəti öz evlərini tərk etmək niyyətində deyillər. Səbəb aydın idi – onlara təklif olunan məbləğə nəinki Bakıda, heç Bakının ətrafında da mənzil almaq mümkün deyil. Onlar Xırdalanda, Masazırda və paytaxtdan uzaq başqa yaşayış yerlərində torpaq sahələri, hazır evlər və ya mənzillər almaq məcburiyyətindədirlər. Əlbəttə, "Sovetski" sakinlərinin hiddətini anlamaq olar. Təsəvvür edin ki, siz bütün ömrünüz boyu şəhərin mərkəzində yaşamısınız, indiysə Bakı kənarına, hətta daha uzağa köçməyə məhkumsunuz, çünki verilən pul ancaq buna çatır.

Başqa variant – bu, torpaq sahəsinin alınması və evin tikintisidir. Bu ev almaqdan bir az ucuz başa gələ bilər. Ancaq tikintiyə vaxt tələb olunur, "Sovetski" sakinləri üçün isə belə bir imkan yoxdur. Çünki onlar kompensasiyanı alan kimi evlərini tərk etməlidirlər, amma ev tikilənə qədər isə haradasa yaşamaq lazımdır, bu isə əlavə maliyyə itkisi deməkdir.
 
Mənə həmçinin dedilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri insanları könüllü olaraq öz evlərini tərk etməyə vadar etmək üçün hansı üsullara əl atırlar.

Birincisi, psixoloji hücum. Belə bir vəziyyəti təsəvvürünüzə gətirin: sağ tərəfdəki qonşunuzun evini dağıtdılar, soldakı qonşunuzun evini də yerlə-yeksan edirlər. Siz hansı hissi keçirərsiniz?

"Sovetski”də sakinləri çıxan bəzi evlər isə bilərəkdən sökülməyib. Həmin evləri ona görə saxlayıblar ki, gecələr həmin ərazidən keçmək çox vahiməli olur. Bundan əlavə hər yerdə köhnə mebellər, zir-zibil qalaqlanıb. Sözsüz ki, bunu görən yerli sakinləri qorxu hissi bürüyür. Nəhayətdə o,  istənilən kompensasiya müqabilində ata-baba yurdundan çıxıb getməyə qərar verir.

Başqa üsul – pul tələsidir. "Sovetski" sakinlərin köçürdülməsiylə məşğul olan xüsusi insanlar bir vaxt şəhər sakinlərindən evlərini tərk etməyə könüllü razılıq almağa imkan verən çox maraqlı üsuldan istifadə edirdilər. İcra hakimiyyətinin nümayəndələri "sovetskililərə" çamadanlarda nağd pul verirdilər. Pulun növü bəzilərini laqeyd qoya bilməzdi. Buna görə də onlar dərhal qonşularından nümunə götürüb, köçürdülər. Yəni, "qarmaq” taktikası işləyirdi.
 
"Sovetski”də olarkən divarlara vurulan təzə elanlar diqqətimi cəlb etdi. Orada qeyd olunurdu ki, Ramanıda, Hövsanda və s., ətraf qəsəbələrdə müvafiq və ucuz qiymətə torpaqlar almaq mümkündür. Divarlarda mebellərin daşınmasına dair elanlar da ara-sıra gözə dəyirdi.

 "Sovetski" sakinlərinin dediyi bu məsələni heç unuda bilmirəm. İnadcıl sakinlər bildirmişdilər ki, hazırda icra hakimiyyətinin nümayəndələrini evlərinə buraxmırlar, evlərində ölçülərin aparılmasına imkan vermirlər, çünki bunun arxasınca köçürmə mütləqdir.

Bax, Bakının ən məşhur küçələrindən biri olan "Sovetski"də vəziyyət indi  bu cürdür.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol