• $
  • €
  • ₽
  • ₺
  • £

``PALMALI-nin heç bir gəmisi həbs edilməyib` - TƏKZİB

``PALMALI-nin heç bir gəmisi həbs edilməyib` - TƏKZİB
30.12.2014 00:05
Palmali Şirkətlər Qrupunun vitse-prezidenti İbrahim NƏBIOĞLU ``Armada Explorer`` tankerinin həbsi haqda xəbəri qətiyyətlə təkzib etdi…..

Dünən Azərbaycanın bir neçə xəbər saytı Türkiyənin bəzi elektron KİV-lərinə istinadən Palmali Şirkətlər Qrupuna aid ``Armada Explorer`` adlı tankerin Rumıniyanın Konstansa limanında həbs edildiyi barədə məlumat yaymışlar.

Palmali Şirkətlər Qrupu bu xəbəri qətiyyətlə təkzib edərək, adıçəkilən tankerin və ümumiyyətlə, onların dəniz donanmasına aid heç bir tanker gəminin həbs edilmədiyini bildirir.

Palmali-nin vitse-prezidenti İbrahim Nəbioğlu Novorossiyskdən dizel yanacağı daşıyan ``Armada Explorer`` tankerinin 27 dekabr 2014 tarixində Konstansa limanında yükünü boşaltdığını, daha sonra isə gəminin liman xidməti tərəfindən standart, rutin yoxlamadan keçdiyini bildirir. İbrahim Nəbioğlu Türkiyənin bəzi internet saytları tərəfindən sıravi, növbətçi yoxlamanın, ``həbs olunmaq`` kimi təqdim edilməsini təəcüblə qarşıladıqlarını, bunun həqiqətlə heç bir əlaqəsinin olmadığını vurğuladı. Onun verdiyi məlumata görə ``Armada Explorer`` artıq Konstansa limanından ayrılaraq növbəti səfəri üçün yola çıxmışdır.

Son zamanlar Palmali haqqında bəzi yanlış və qərəzli məlumatların ortaya atılmasını İ. Nəbioğlu təmsil etdiyi şirkətin son illər artan gücünə və nüfuzuna olan qısqanclıqla izah edir. Belə ki, tanınmış iş adamı Mübariz Mənsimovun sahibi olduğu Palmali dünyanın ən güclü dəniz daşıma donanmalarından biri sayılır. Bu donanma müasir standartlara cavab verən modern gəmilərdən ibarətdir. Dünyanın ən nüfuzlu neft şirkətləri ilə uzunmüddətli kontraktları olan Palmali ekoloji normalara həssas münasibəti, modern texnoloji yeniliklərə verdiyi önəmə görə də neft və logistika ekspertləri tərəfindən təqdir edilir.
 
ANN.Az









Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol