• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər dənizi dondu - FOTOLAR

Xəzər dənizi dondu - FOTOLAR
07.01.2015 14:59
Rüstəm Qasımov

2012-ci ilin qışı Azərbaycanda kifayət qədər sərt keçdi. Şaxta o qədər güclü idi ki, hətta Xəzər dənizi buz bağladı. Dağıstanın sahilboyu sularının donmasında təəccüblü nəsə yoxdur. Ancaq Xəzər dənizinin cənub-qərbində  - Sumqayıtın, Novxanının və Coratın sahillərində analoji mənzərəni görmək xeyli maraqlı idi.

Bu donma hadisəsi baş verəndə fevral idi. O vaxt çoxlu qar yağmışdı, bizim bir çox həmvətənlərimiz isə buna uşaq kimi sevinirdilər, axı həmişə qartopu oynamağa imkan olmur. Abşeron üçün qar – bu, nadir haldır, hərçənd bir o qədər də yox. Ancaq bizim ölkəmizdə qar xeyirdən daha çox zərər verir. Amma bu, artıq başqa söhbətin mövzusudur.

Xəzərə qayıdaq. Radio vasitəsi ilə eşidəndə ki, hətta Xəzər dənizi də buz bağlayıb, bunu öz gözlərimlə görmək və vəziyyətin həqiqətənmi xəbər verildiyi kimi acınacaqlı olmasının şahidi olmaq istədim.

Dəniz mənim evimdən təxminən iki yüz metr aralıda yerləşdiyinə görə, dərhal Xəzər sahilinə yola düşməyə və orada olanları canlı seyr etməyə qərar verdim. Amma bu kiçik məsafəni qət etmək müşkül oldu, çünki hər tərəf qara bürünmüşdü və şaxtalı şimal küləyi əsirdi.

Nəhayət, dənizin sahilinə çatdıqda, mən gözlərimə inanmadım. Bizim Xəzər dənizimiz ucu-bucağı görünməyən arktik buzlu səhranı xatırladırdı. Ətrafda hər nə vardısa ağappaq idi. Müəyyən olundu ki, Xəzər dənizinin bir neçə yüz metrini buz bağlayıb. Buzun qalınlığı məni xeyli təəccübləndirdi, mən haradasa 30-40 metr irəlilədim. Ancaq, şaxtalı külək yolumu davam etməyə imkan vermədi və mən geri qayıtmağa məcbur oldum.

Təəccüblüdür, amma mən çox çətinliklə fotoşəkillər çəkə bildim, çünki telefon bir anda sönməyə başladı, hərçənd akkumulyator dolu idi. Məlum oldu ki, texnika da soyuqdan qorxarmış. Cibimdə beş dəqiqə isindikdən sonra, telefon yenidən özünə gəlirdi.

Ekoloqların sözlərinə görə, belə hadisələr Xəzər dənizinin Rusiya sektoruna xasdır, Azərbaycan üçünsə nadir haldır. Respublikanın ərazisində belə anomaliya sonuncu dəfə 1969-cu ilin fevralında müşahidə olunub.

Mütəxəssislər yaxın günlər üçün havanın çovğunlu keçəcəyini deyir, Bakıda və Abşeron yarımadasında qar yağacağı gözlənilir. Qarşıdan isə 28 günə sığan, amma hər vaxt sərtliyi ilə digər aylardan fərqlənən fevral gəlir. Xəzər dənizi yenidən dona bilərmi?

ANN.Az xəbər portalı, Xəzər dənizinin buz bağlamış Sumqayıt sahilinin fotoşəkillərini diqqətinizə təqdim edir .

ANN.Az














Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol