• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sürücü yol polisinə hücum etdi

Bakıda sürücü yol polisinə hücum etdi
11.01.2015 16:00

Bakıda sürücü yol polisinə qarşı xuliqanlıq edib. 

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının inspektoru, polis serjantı Şahverdiyev Pərviz Əliveyis oğlu raport yazaraq bildirib ki, Əhməd Cavad küçəsində xidməti vəzifəsini yerinə yetirərkən zorakılıqla üzləşib. Bu il polis orqanlarına qəbul olunan 27 yaşlı yol polisi əməkdaşı əlavə edib ki, Ə.Cavad küçəsi 1 ünvanının qarşısında "VAZ 2107” markalı avtomobili qayda pozuntusuna görə saxlayıb. Avtomobilin sürücüsü sənədləri verəndən sonra onlar arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən sürücü yol polisinə qarşı kobudluq edib və daha sonra avtomobilinin baqajından mismarçıxardan götürüb. O, mismarçıxardanla öz maşının əzmək istəyib və yol polisini hədələyib.

İlkin araşdırmalardan sonra "VAZ 2107” markalı, 99 FH 507 nömrə nişanlı avtomobilin sürücüsü müəyyənləşdirilib. Bu, Ağsunun Daşdəmirli kənd sakini, 1985-ci il təvəllüdlü Babaşov Fərhad Yaşar oğlu olub.

Araşdırmalar davam etdirilir.

 

ANN.Az


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol