• $
  • €
  • ₽
  • ₺
  • £

Manatın dəyərində problemlər yaranacaq - Qubad İbadoğlu

Manatın dəyərində problemlər yaranacaq - Qubad İbadoğlu
13.01.2015 10:56
Dünya iqtisadiyyatının durğunluq keçirdiyi bir dövrdə, yəni neftin ucuzlaşdığı, ölkələrin pul vahidlərinin dəyərini itirdiyi, iqtisadi potensialı zəif olan ölkələrin hətta buna tab gətirə bilmədiyi və nəticədə inflyasiyanın yarandığı bir vaxtda Azərbaycan manatı öz dəyərini qoruyub saxlamağı bacarır.

Bunu nə ilə əlaqələndirmək olar? Dünyada neftin ucuzlaşması manatın sabitliyinə təsir edəcəkmi? Manat sabitliyini nə vaxta kimi qoruyub saxlaya biləcək? Rublun dəyərinin itirməsinin hansı təsirləri olacaq? Postsovet ölkələrinin əksəriyyətində valyuta öz dəyərini itirir, ancaq manat hələ də bu çətin iqtisadi durumda öz dəyərini saxlayır. Bu Azərbaycanın həmin ölkələrlə iqtisadi bazarına necə təsir edəcək? Bu suallara cavab tapmaq üçün iqtisadçı ekspert Qubad İbadoğluna müraciət etdik.

Qubad İbadoğlu ANN.Az-ın suallarını cavablandırarkən bildirib ki, manatın dəyərini qorumasının əsas səbəbi Mərkəzi Bankın valyuta bazarına müdaxilə etməsi və bu müdaxilənin bazarı tənzimləmək məsələsi ilə həyata keçirilir: "Bazarda tarazlıq yaranır və bu tarazlıq manatın dollara nisbətən dəyərinin qorunub saxlamasına yardımçı olur. Ümumiyyətlə, iqtisadi əsas ondan ibarətdir ki, digər valyuta gəlirləri artırılır. Məsələn, hasilatda azalma olsa da, ötən il Azərbaycan bazarına təxminən 12 milyard dollardan çox neft satışından valyuta daxil olub.

Buna baxmayaraq, ola bilər ki, bu ilin ortalarında manatın dəyərində hansısa problemlər yaransın. Bu da ondan asılı olacaq ki, neftin qiymətinin ucuzlaşması Azərbaycanın valyuta bazarında neftdən əldə olunan hasilatın azalmasına gətirib çıxaracaq. Bu da valyuta bazarında manat və valyuta tarazlığının pozulması ilə nəticələnə bilər. İnzibati üsullarla valyuta bazarına müdaxilə edilib, manatın kursu qorunub saxlanıla bilər. Bunun üçün Mərkəzi Bank valyuta bazarına əlavə dollarla vəsait çıxartmalıdır ki, manatın məzənnəsi qorunub saxlanılsın.

Neftin ucuzlaşmasının manatın qiymətinə təsir etməsi məsələsinə gəldikdə isə bu təsir özünü göstərəcək. Amma Mərkəzi Bank bunu neytrallaşdıra da bilər. Bu təsiri neytrallaşdırmaq əlavə vəsait hesabına həyata keçiriləcək. Amma istənilən indiki resurslarla bu təsiri Azərbaycan Mərkəzi Bankı manatın təsirini qoruyub saxlaya bilər.

Rusiyada rublun dəyərdən düşməsi mahiyyətcə Azərbaycana təsiri edəcək. Birinci, bunu qeyd etmək istərdim ki, Rusiyadan gələn göndərişlərin hamısı rubl valyutası ilə həyata keçirilir. Rubl həm dollara, həm də Azərbaycan manatına nisbətdə ucuzdur. O halda Rusiyadan ölkəmizə göndərilən vəsaiti manata çevirdikdə daha az məbləğ əldə olunacaq. Rusiyada işləyən azərbaycanlı vətəndaşların ailəsində, yəni Azərbaycana göndərdiyi pulda ciddi azalma müşahidə olunacaq və bu da nəticə etibarı ilə ciddi problemlərə səbəb olacaq. İkinci isə Rusiyada rublun dəyərdən düşməsi Rusiya iqtisadiyyatı üçün çox dərin problemlər yaradır. Həm bazar iqtisadiyyatının çökməsi, həm ölkə iqtisadiyyatının günü – gündən zəifləməsi, həm ölkədə iş yerlərinin bağlanması, həm də iş yerlərində kütləvi ixtisarların aparılma prosesləri buna bariz nümunədir.

Digər postsovet ölkələrinin bəzilərində valyutanın qiymətdən düşməsi Azərbaycanla olan ticari əlaqələrə də mane ola bilər. Məsələn, Rusiyada, Ukraynada milli valyuta ucuzlaşır. Həmin ölkələrdən Azərbaycana mal gətirib satmaq ölkəmiz üçün daha əlverişlidir. Amma həmin ölkələrdə Azərbaycan malını satmaq məcəllə tarifinə görə itkilərə gətirib çıxardır. O baxımdan bu təsir həmin ölkələrdən Azərbaycana idxalı səviyyəsində özünü göstərə bilər.
 
Orxan Aslanlı
ANN.Az
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol