• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymət artımı özünü digər sahələrdə də göstərəcək - Ərşad Hüseynov

Qiymət artımı özünü digər sahələrdə də göstərəcək - Ərşad Hüseynov
13.01.2015 13:48
Yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edildi - bu qərarı dünən Azərbaycan Respublikası Tarif Şurası qəbul etdi.
 
Bu qiymət artımına ehiyac var idimi? Onsuz da əhali yanacağın bahalığından narahat idi. Bəs yeni qiymət artımı onlar tərəfindən necə qarşılanacaq? Niyə məhz əhalinin ən çox istifadə etdiyi yanacaq növləri Aİ-92 və dizel  yanacağı qaldırıldı? Dünya ölkələrinin bəzilərində - Türkiyədə, Gürcüstanda, hətta ABŞ-da benzinin qiyməti ucuzlaşdığı halda Azərbaycanda bunun əks prosesi baş verməsi nə ilə əlaqədardır? Bu sualları ANN.Az -a yol qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov cavablandırıb.
 
Tarif Şurasının dünənki qərarını şərh edən Ərşad Hüseynovun sözlərinə görə, iqtisadi baxımdan yanacağa yol vergisinin tətbiq edilməsi hökümətin itirmək istəmədiyi 60-70 milyon manatı əldə etdiyinin göstəricisidir: "Yol vergisinin ləğv edilib onun yanacağa tətbiq olunması prosesində dövlət büdcəsin üçün heç bir dəyişiklik olmadı. Benzinin qiyməti 0,02 qəpik bahalaşdı və bunun təsiri özünü bütün sahələrdə göstərəcək. Yəni ölkədə qiymət artımları olacaq".
 
Ə.Hüseynov bu yaxınlarda ANN.Az-a verdiyi açıqlamada yanacağın qiymətinin artacağı haqqında açıqlama vermişdi. Həmin müsahibədə dediklərini xatırladan ekspert bir daha vurğulayıb ki, əslində bu qiymət artımı olmayada bilərdi: "Əhalinin ən çox istifadə etdiyi yanacaq növlərinin qaldırılması məsələsinə gəldikdə, hökümət özü qiymətləri tənzimləyir və bu səbəbdən də Aİ-92 markalı benzin və dizel yanacağının qiyməti artırdı. Tarif Şurası digər yanacaq növü olan sıxılmış qazın topdan satış qiymətini tənzimləyir, pərakəndə satışını tənzimləmir. Bu yanacaq növü digər yanacaq növlərinə nisbətən populyar deyil. Benzinin digər markalı olan yüksək oktanlı 95 və 98 markalı benzinlərin qiymətini isə sərbəstləşdiriblər. Bu markalı benzinlərin qiymətini artıq Tarif Şurası tənzimləmir. Tarif Şurası 3 yanacaq növünün qiymətinin tənzimləyir - Aİ-92 benzin markasını, dizeli və sıxılmış qazı. Əhali arasında yanacağın qiymətinin qaldırılması ən azı məyusluğa səbəb olacaq. Çünki əhali yanacağın qiymətinin endirilməsini gözləyirdi, artmasını yox".

Ə.Hüseynov ölkədə müəyyən istehlak mallarının qiymətlərində artım olacağını proqnozlaşdırır: "Hətta o cümlədən sərnişin daşıma sistemində də artım olacağı gözlənilir. Cəmiyyət qiymət artımını heç vaxt xoş qarşılamayıb. Yəqin ki 1-2 ay müddətində, o psixoloji maneə aşılacaq. Yəni cəmiyyət bunu qəbul edəcək.
 
Yanacağın qiymətinin artması ölkədə digər  sahələrdə də qiymət artımına səbəb olacaq. İlk öncə yük daşıma şirkətləri Tarif Şurasına müraciət edəcək ki, yanacağın qiyməti qalxıb, xərclər çoxalıb və nəticədə onlar qiymətlərin artırılmasını istəyəcəklər. Bundan başqa qiymət artımı özünü digər sahələrdə də göstərəcək".  
 
Orxan Aslanlı
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol