Zöhrab Salamzadə: “Gələcəklə bağlı plan - dünyanı fəth etmək...” - MÜSAHİBƏ

Azərbaycanın istedadlı gənc rəssamlarından biri Zöhrab Salamzadə ANN.Az-a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
- Zöhrab Salamzadənin rəssamlıq istedadını ortaya kim çıxartdı? Sizi kəşf edən kim oldu?
- Təsviri sənətə olan marağımı və istedadımı ilk kəşf edən insan anam olub. Uşaqlıq çağımda o, çəkdiyim rəsmlərə və onların üzərində necə işləməyimə diqqət yetirib. Amma anam mənim nə çəkdiyimə heç zaman qarışmayıb. Ona sadəcə maraqlı gəlib ki, mən hansı yolu seçəcəm. Axı uşaq vaxtı əksəriyyətimiz rəsm çəkməyi, yaxud hazır rəsm dəftərlərini rəngləməyi sevirik. Uşaqların hamısı təbiət etibari ilə rəssamdır. Ancaq bu sənətlə davamlı məğul olanlar çox az olur. Yaradana minnətdaram ki, mənim valideyinlərim sevdiyim işimlə məşğul olmağıma heç zaman maneçilik törətməyib, əksinə dəstək olublar.
- Ancaq, rəssama müəyyən baza, daha dəqiq desək, təhsil lazımdır ki, o istedadını mükəməlləşdirə bilsin. Siz təhsilinizi harada aldınız?
- Siz rəsmlərinizi müxtəlif texnikadan istifadə edərək çəkirsiz. Bunların arasında yağlı boyalar, akvarel, qarşışıq olanla və s var. Daha çox üstünlük verdiyiniz texnika varmı?
- Rəsmin süjeti onun çəkilmə texnikasını müəyyən edə bilərmı?
- Təbii ki! İşin əsas hissəsini biz beynimizdə həll edirik, qalan kiçik dəyişikliklər isə iş prosesində baş verir. Yaradıcılıq işi improvizasiyaları inkar etmir.
- Bizə yalnız özünüzə məxsus olan dəsti xətt haqqında, daha dəqiq, yalnız sizə məxsus olan tərz haqqında danışa bilərsiz?
- Tam müəyyən edilmiş tərzim yoxdur. Bəlkə də bu tərzin adı var, amma nə qədər axtarsam da buna bir ad tapa bilməmişəm. Bu nə realizim, nə sürrealizim, nə miniatür, nə də ki karikaturadır. Yəqin ki, hər tərzdən nəsə var. Həmdə axı tərzin adını tənqidlə məşğul olanlar müəyyən edir. İmkan verək ki, bu sual ətrafında onlar düşünsünlər, mənsə yaratmaqla və yaradıcılığımla məşğul olum (gülür).
- Sizin yaradıcılığı izlədikdə, daha çox mifik personajlara – cinlərə, maqlara, tanrılara, şeytanlara - üstünlük verdiyinizi müşahidə etdim. Onlarda sizi özünə cəlb edən nədir?
- Xəyalpərəst olmuşam. Hekayələr, personajlar və s. quraşdırmağı sevirdim. Cinlər, mələklər və maqları heç kim görmədiyi üçün məni daima özünə cəlb edir və ən əsası onlar mənim xəyalımı qanadlandırırlar. Ümumiyyətlə, mifoloji qəhrəmanlara olan marağım uşaqlıqdan qalıb.
- Rəsmini çəkdiyiniz xanım obrazlar son dərəcə cazibədar görünürlər. Biz buna keçən il keçirilən "Qadınların qoxusu” adlı sərgidə də tam əmin olduq. Bu mövzuya tez-tezmi qayıdırsınız?
- Qadın bədəni, onun forması insanlığın ən gözəl nümayəndələri, əbədi yaradıcılığın ən mükəmməl əsərlərindən biridir. Bu mövzudan uzaqlaşmamağa çalışıram. Hazırda mənim əlimdə, bu mövzu ilə bağlı, bir kitablıq eskiz var. Öz sevimli personajlarım – cinlər və dərvişlər - üzərində işləyərkən bu kompozisiyaları da yaddan çıxarmamağa çalışıram. Ümid edirəm, yaxın zamanda izləyiciləri bu əsərlərlə tanış edə biləcəm.
- Qeyri-adi və orijinal layihə olan "Bölünməyənin bölünməsi” haqqında danışın. Onun əsas konsepsiyası nə idi? Bu layihənin ideyası hardan yarandı? Onun həyata keçməsi üçün siz doğurdanmı həqiqi xalçaları doğramısınız?
- Bəli, doğrudur, amma cəmi bir xalça doğranıb. Bu isə məni sakitləşdirir (gülür). Bunu varvarlıq adlandıra bilmərəm. Zamanım az idi, büdcəm isə mənə bir xalça almağa imkan verirdi. Həmin vaxtı mən "ARTIM” adlı layihədə iştirak edirdim. Bu layihənin məqsədi istedadlı cavanlara dəstək olmaq idi. "ARTIM” layihəsinin təşkilatçısı müasir incəsənəti dəstəkləyən "YARAT”, onun kuratoru isə Səbina Şıxlinskayadır.
Tapşırıq bu idi ki, biz Azərbaycanın maddi və qeydi-maddi mədəniyyətini öyrənməli və onlar haqqında mövzular işləməli idik. Təbii ki, bu, sadəcə bir iş deyildi. Layihənin bütün iştirakçıları onun haqqında öz konsepsiyalarını yazmalı idilər. Deyim ki, onlar haqqında fikirimizi dəyişə biləcək bir çox absurd izahlar var idi. Mənim işimdə - xalça mövzusunda bizim zəngin və bir-birinə qarışmış mədəniyyətimiz simvollaşdırılır. Ancaq orda pozulma elementləri də vardı. Xalça isə asılı vəziyyətdə idi. Kəsilmiş xalça vasitəsi ilə mən mədəniyyətimizin necə dağıdıldığını, onun necə kiçik hissələrə ayrıldığını və sevginin çoxluğundan onu necə silib təmizlədiyimizi göstərməyə çalışıdım. Təəssüf ki, bundan sonra onu bərpa etmək mümkünsüz olacaq. Bu fikrə Azərbaycanı gəzərkən gəlib çıxmışdım. Səyahət boyunca bizim öz mədəni tikililərimizi və abidələrimizi varvar kimi necə dağıdıldığını görmüşdüm. İnsanlar yerdə qalanları hələ də məhv etməkdədirlər.
- Belə yayğın fikir var ki, rəssam ətraf dünyanı özünəməxsus şəkildə görür və adi şeylərdə qeyri-adiliyi hiss edir. Bu haqqda nə düşünürsüz?
- Bəlkə də, bu belədir. Bəzən mən elə şeylərə diqqət edirəm ki, ətrafdakı adamlar həmin şeylərə nəinki fikir vermir, hətta bu, onlar üçün maraqsızdır. Bu zaman mən çox inciyirəm. Bizim arxitekturamıza, ornamentlərimiz, tarixin keşməkeşlərindən keçmiş pəncərələrimizə, küçələrimizə və hətta adi daşlara baxmağı sevirəm. Bu görüntülər insanı həyəcanlandırır, onun ruhunu zənginləşdirir və təsəvvürünü qidalandırır.
- Azərbaycan rəssamları arasında sizin kumirləriniz varmı?
- Əlbətdə! Yalnız bir rəssam ilə məhdudlaşa bilmərəm. Onların hər biri öz zamanının titanları olublar və onların təkrarolunmaz rəsm çəkmə texnikası və tərzləri var. Onlar arasında məşhur sənətkar Mikayıl Abdullayevi, Tahir Salahovu, Toğrul Nərimanbəyovu, Səttar Bəhlulzadəni, Əzim Əzimzadəni və Rasim Babayevi göstərə bilərəm.
- Siz yaradıcılığınızdan nə gözləyirsiz və sizin hədəfiniz nədir?
- Mənə daha çox maraqlı nədir, bilirsinizmi? Yaradıcılıq məndən nə gözləyir? (gülür). Mən ürəyimcə olan işlə məşğulam. Hədəfim fərqlənmək, xatırlanmaq və öz yaradıcılığımı ortaya qoymaqdır. Həyatı boş-boşuna yaşamaq istəmirəm. Həyatda hər şeyə öz əməyimlə nail olmaq və mütləq özümdən sonra iz qoymaq istəyirəm.
- Hazırda nə işə məşğulsuz?
- Bu gündə, sabah da, o biri gündə rəsm çəkməklə məşğul olacam. Necə deyərlər, finiş xəttinə kimi.
- Gələcək planlarınızı bizimlə bölüşə bilərsiz? Biz Zöhrab Salamzadənin şəxsi sərgisini nə zaman ziyarət edəcəyik?
- Gələcəklə bağlı plan? Bu, yəqin ki, dünyanı fəth etməkdir (gülür). Əslində tez-tez şəxsi sərgim haqqında düşünürəm, amma hələ heç nə deyə bilmərəm. Düşünürəm ki, Allahın köməkliyi ilə yaxın iki-üç ildə bunu edə biləcəm. Bu dəqiqdir!
- Cavan rəssam daha sonra nə arzulaya bilər?
- Arzularım çoxdur. Qoyun, onları özümdə gizli qalsın (gülür). Çox ümid edirəm ki, arzularımız reallaşacaq.
Rüstəm Qasımov










- Zöhrab Salamzadənin rəssamlıq istedadını ortaya kim çıxartdı? Sizi kəşf edən kim oldu?
- Təsviri sənətə olan marağımı və istedadımı ilk kəşf edən insan anam olub. Uşaqlıq çağımda o, çəkdiyim rəsmlərə və onların üzərində necə işləməyimə diqqət yetirib. Amma anam mənim nə çəkdiyimə heç zaman qarışmayıb. Ona sadəcə maraqlı gəlib ki, mən hansı yolu seçəcəm. Axı uşaq vaxtı əksəriyyətimiz rəsm çəkməyi, yaxud hazır rəsm dəftərlərini rəngləməyi sevirik. Uşaqların hamısı təbiət etibari ilə rəssamdır. Ancaq bu sənətlə davamlı məğul olanlar çox az olur. Yaradana minnətdaram ki, mənim valideyinlərim sevdiyim işimlə məşğul olmağıma heç zaman maneçilik törətməyib, əksinə dəstək olublar.
- İlk rəssamlıq təhsilimi Əzim Əzimzadə adına mərkəzdə aldım. Bu əfsanəvi təhsil mərkəzində oxumaq mənim üçün böyük şərəf idi. Orada yalnız akvarel və yağlı boya ilə işləməyi öyənmədim, həmçinin bir çox azərbaycanlı rəssamlarla tanış oldum. Daha sonra Azərbaycan Rəssamlar Akademiyasına qəbul oldum və hazırda həmin təhsil ocağında teatr rəssamlığı üzrə oxuyuram.
- Hazırda yağlı boyalara daha çox üstünlük verirəm. Ancaq bütün rəsm texnikaları mənə çox maraqlıdır. Vaxt vardı ancaq qrafika çəkirdim, rəngli rəsmlər məndə alınmırdı. Zaman keçdikcə akvareldə də uğur qazanmağa başladım. İndi isə hara gedirəmsə gedim, mütləq yanımda akvarel boyaları olmalıdır. Akvarel və yağlı boya mənim üçün iki müstəqil rəsm boyalarıdır, çünki birinin bacardığını o biri öhdəsindən gəlir.
- Təbii ki! İşin əsas hissəsini biz beynimizdə həll edirik, qalan kiçik dəyişikliklər isə iş prosesində baş verir. Yaradıcılıq işi improvizasiyaları inkar etmir.
- Tam müəyyən edilmiş tərzim yoxdur. Bəlkə də bu tərzin adı var, amma nə qədər axtarsam da buna bir ad tapa bilməmişəm. Bu nə realizim, nə sürrealizim, nə miniatür, nə də ki karikaturadır. Yəqin ki, hər tərzdən nəsə var. Həmdə axı tərzin adını tənqidlə məşğul olanlar müəyyən edir. İmkan verək ki, bu sual ətrafında onlar düşünsünlər, mənsə yaratmaqla və yaradıcılığımla məşğul olum (gülür).
- Xəyalpərəst olmuşam. Hekayələr, personajlar və s. quraşdırmağı sevirdim. Cinlər, mələklər və maqları heç kim görmədiyi üçün məni daima özünə cəlb edir və ən əsası onlar mənim xəyalımı qanadlandırırlar. Ümumiyyətlə, mifoloji qəhrəmanlara olan marağım uşaqlıqdan qalıb.
- Qadın bədəni, onun forması insanlığın ən gözəl nümayəndələri, əbədi yaradıcılığın ən mükəmməl əsərlərindən biridir. Bu mövzudan uzaqlaşmamağa çalışıram. Hazırda mənim əlimdə, bu mövzu ilə bağlı, bir kitablıq eskiz var. Öz sevimli personajlarım – cinlər və dərvişlər - üzərində işləyərkən bu kompozisiyaları da yaddan çıxarmamağa çalışıram. Ümid edirəm, yaxın zamanda izləyiciləri bu əsərlərlə tanış edə biləcəm.
- Bəli, doğrudur, amma cəmi bir xalça doğranıb. Bu isə məni sakitləşdirir (gülür). Bunu varvarlıq adlandıra bilmərəm. Zamanım az idi, büdcəm isə mənə bir xalça almağa imkan verirdi. Həmin vaxtı mən "ARTIM” adlı layihədə iştirak edirdim. Bu layihənin məqsədi istedadlı cavanlara dəstək olmaq idi. "ARTIM” layihəsinin təşkilatçısı müasir incəsənəti dəstəkləyən "YARAT”, onun kuratoru isə Səbina Şıxlinskayadır.
Tapşırıq bu idi ki, biz Azərbaycanın maddi və qeydi-maddi mədəniyyətini öyrənməli və onlar haqqında mövzular işləməli idik. Təbii ki, bu, sadəcə bir iş deyildi. Layihənin bütün iştirakçıları onun haqqında öz konsepsiyalarını yazmalı idilər. Deyim ki, onlar haqqında fikirimizi dəyişə biləcək bir çox absurd izahlar var idi. Mənim işimdə - xalça mövzusunda bizim zəngin və bir-birinə qarışmış mədəniyyətimiz simvollaşdırılır. Ancaq orda pozulma elementləri də vardı. Xalça isə asılı vəziyyətdə idi. Kəsilmiş xalça vasitəsi ilə mən mədəniyyətimizin necə dağıdıldığını, onun necə kiçik hissələrə ayrıldığını və sevginin çoxluğundan onu necə silib təmizlədiyimizi göstərməyə çalışıdım. Təəssüf ki, bundan sonra onu bərpa etmək mümkünsüz olacaq. Bu fikrə Azərbaycanı gəzərkən gəlib çıxmışdım. Səyahət boyunca bizim öz mədəni tikililərimizi və abidələrimizi varvar kimi necə dağıdıldığını görmüşdüm. İnsanlar yerdə qalanları hələ də məhv etməkdədirlər.
- Bəlkə də, bu belədir. Bəzən mən elə şeylərə diqqət edirəm ki, ətrafdakı adamlar həmin şeylərə nəinki fikir vermir, hətta bu, onlar üçün maraqsızdır. Bu zaman mən çox inciyirəm. Bizim arxitekturamıza, ornamentlərimiz, tarixin keşməkeşlərindən keçmiş pəncərələrimizə, küçələrimizə və hətta adi daşlara baxmağı sevirəm. Bu görüntülər insanı həyəcanlandırır, onun ruhunu zənginləşdirir və təsəvvürünü qidalandırır.
- Əlbətdə! Yalnız bir rəssam ilə məhdudlaşa bilmərəm. Onların hər biri öz zamanının titanları olublar və onların təkrarolunmaz rəsm çəkmə texnikası və tərzləri var. Onlar arasında məşhur sənətkar Mikayıl Abdullayevi, Tahir Salahovu, Toğrul Nərimanbəyovu, Səttar Bəhlulzadəni, Əzim Əzimzadəni və Rasim Babayevi göstərə bilərəm.
- Siz yaradıcılığınızdan nə gözləyirsiz və sizin hədəfiniz nədir?
- Mənə daha çox maraqlı nədir, bilirsinizmi? Yaradıcılıq məndən nə gözləyir? (gülür). Mən ürəyimcə olan işlə məşğulam. Hədəfim fərqlənmək, xatırlanmaq və öz yaradıcılığımı ortaya qoymaqdır. Həyatı boş-boşuna yaşamaq istəmirəm. Həyatda hər şeyə öz əməyimlə nail olmaq və mütləq özümdən sonra iz qoymaq istəyirəm.
- Hazırda nə işə məşğulsuz?
- Bu gündə, sabah da, o biri gündə rəsm çəkməklə məşğul olacam. Necə deyərlər, finiş xəttinə kimi.
- Gələcəklə bağlı plan? Bu, yəqin ki, dünyanı fəth etməkdir (gülür). Əslində tez-tez şəxsi sərgim haqqında düşünürəm, amma hələ heç nə deyə bilmərəm. Düşünürəm ki, Allahın köməkliyi ilə yaxın iki-üç ildə bunu edə biləcəm. Bu dəqiqdir!
- Cavan rəssam daha sonra nə arzulaya bilər?
- Arzularım çoxdur. Qoyun, onları özümdə gizli qalsın (gülür). Çox ümid edirəm ki, arzularımız reallaşacaq.
Rüstəm Qasımov
ANN.Az











Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























